“Mirage” xəritəsi “IEM Atlanta 2026” turnirinin ən populyarı oldu

by Nigar Məmmədova
0 comments

CS2 üzrə keçirilən “IEM Atlanta 2026” turnirində “Mirage” xəritəsi komandalar tərəfindən ən çox üstünlük verilən döyüş meydanı olub. Turnir ərzində bu xəritədə ümumilikdə 15 matç oynanılıb.

Ən populyar xəritələrin ilk üçlüyünə Dust2Nuke də daxil olub. Komandalar bu xəritələrin hər birində qalibi müəyyən etmək üçün 13 dəfə qarşı-qarşıya gəliblər.

Çempion NAVI-nin xəritə statistikası

Turnirin qalibi olan NAVI komandasının xəritə seçimləri (pick) və qadağaları (ban) da maraqlı göstəricilərlə yaddaqalan olub:

  • Mirage: NAVI bu xəritədə 3 dəfə oynayıb, lakin bu, yalnız 1 dəfə onların öz seçimi olub.
  • Dust2 və Nuke: Komanda bu xəritələrin hər birində 2 dəfə mübarizə aparsa da, turnir boyu onları özünə seçim olaraq götürməyib.
  • Ancient: “Natus Vincere”nin turnirdə ən çox üstünlük verdiyi xəritə olub — komanda bu məkanı 3 dəfə özü pikləyib.
  • Overpass: NAVI-nin yarış ərzində ən çox qadağan etdiyi (ban) xəritə olub.
Mirage

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın