Dota 2 icmasında mübahisəli fiqur kimi tanınan, ömürlük Valve və PGL tərəfindən banlanan Bauyrjan “lilskrip” Bisembayev öz Telegram kanalında MOUZ komandasının heyətində mümkün dəyişikliklərlə bağlı yeni məlumat paylaşıb.
İnsayderin verdiyi məlumata görə, komandada dörd əsas oyunçunun eyni anda gedişi gündəmdədir:
– Eybed “Abed” Yusop
– Kıyalbek “Kami” Tayirov
– Nikolas “zeal” Lim Enq Han
– Marsel “Ekki” Qoloviyenko
Onların yerinə təşkilat aşağıdakı oyunçularla maraqlanır:
– Nikolay “WoE” Ruban
– Filipp “Copy” Buxler
– Miroslav “BOOM” Bitsan
– Tiago “Thiolicor” Koldeyro
Hazırda MOUZ rəhbərliyi bu insayda rəsmi reaksiya verməyib, lakin məlumat komandanın son uğursuz nəticələri fonunda ortaya çıxıb. Komanda həm Riyadh Masters 2025, həm də The International 2025 üçün keçirilən seçmə mərhələlərdə heç bir qələbə qazana bilməyib, bu da heyətdə dəyişikliklərin labüdlüyünü gündəmə gətirir.