Bu MelBet baxışında 11–17 may tarixlərində ABŞ-da keçirilmiş ən vacib kiberidman turnirinin əsas hadisələrindən danışırıq.
Qrup mərhələsinin sensasiyaları və ZywOo ilə s1mple qarşıdurması
Turnirin favoritləri olan Vitality gözlənilmədən yuxarı setkanın yarımfinalında BB-yə məğlub oldu. Komandalar öz piklərində qələbə qazandıqdan sonra həlledici xəritədə Vitality müdafiədə rəqibə 10 raund verdi və 8:13 hesabı ilə uduzdu. Titul namizədlərindən sayılan NaVi də yuxarı setkanın finalında Legacy-yə qarşı büdrədi (1:2). Ihor ”w0nderful” Zhdanov-un 54-37 K-D göstəricisi belə «Qələbə üçün doğulanlar»ı xilas etmədi. Nəticədə Vitality və NaVi pley-offa aşağı setkadan yüksəldi.
Daha bir gözlənilməz nəticə FUT-un zəif çıxışı oldu. Komanda əvvəlcə paiN-ə 1:2 hesabı ilə məğlub oldu, daha sonra isə aşağı setkada B8-ə uduzaraq turnirlə vidalaşdı. Elə görünürdü ki, FUT artıq Tier 2 rəqiblərinə qarşı bu qədər tez-tez məğlub olmayacaq səviyyəyə çatıb.
Qrup mərhələsinin ən önəmli məqamlarından biri vaxtilə CS:GO-nun əsas fərdi qarşıdurması hesab olunan duel oldu – Vitality-dən Mathieu “ZywOo” Herbaut BC.Game heyətində çıxış edən Oleksandr “s1mple” Kostyliev-ə qarşı oynadı. Ukraynalı artıq GOAT statusundan uzaq olsa da, 1.18 reytinqlə komandasının ən yaxşı oyunçusu idi. Buna baxmayaraq, bu nəticə BC.Game-i məğlubiyyətdən xilas etmədi – ZywOo və komandası Mirage xəritəsində 13:7, Dust2-də isə 13:10 hesabı ilə qalib gəldi.
Qeyd edək ki, Astralis yenə məyus etdi – Legacy-yə (0:2) və GamerLegion-a (0:2) məğlubiyyətlər. Mövsümün uğurlu ilk yarısından sonra bu komandadan daha artığı gözlənilirdi.
Erkən final
NaVi və Vitality artıq dörddəbir finalda qarşılaşdı. Hətta bəziləri zarafat edirdi ki, NaVi-nin məşqçisi Andrii “B1ad3” Horodenskyi-nin taktikası aşağı setkaya düşüb Vitality ilə finaldakı Bo5 əvəzinə dörddəbir finalda Bo3 formatında oynamaq idi.
Komandalar öz piklərini gərgin mübarizədə qazandı: «Arılar» Dust2 xəritəsində 13:11 hesabı ilə qalib gəldi, NaVi isə Anubis-də eyni hesabla revanş aldı. Desayder xəritə Inferno oldu. NaVi rəqibi tam üstünlüklə məğlub edərək 13:3 hesabı ilə qalib gəldi. Mihai “iM” Ivan son kill-i etdikdən sonra Atlantadakı arena ayağa qalxaraq alqışladı. «Qələbə üçün doğulanlar»ın möhtəşəm dəstəyi var idi və bu, matçın ab-havasına ciddi təsir göstərdi. «Tamaşaçılar möhtəşəmdir! Çoxdan belə dəstək görməmişdim, təşəkkürlər!» – deyə Valerii “b1t” Vakhovskyi oyundan sonra bildirib.
Andrii “B1ad3” Horodenskyi bu qələbənin vacibliyini yüksək qiymətləndirib: «İnanılmazdır. Bu nailiyyət inkişaf üçün bizə lazım olan məhz həmin şey idi. Çünki biz davamlı olaraq eyni səhvləri edir, eyni yanlış addımları atırdıq. Biz həmişə onları məğlub etməyə çox yaxın olurduq – və sonra uduzurduq».
Mentalitet və arenadakı ab-hava bu qarşıdurmada NaVi-nin əsas koziri oldu, amma başqa bir məqam da az vacib deyildi: «Qələbə üçün doğulanlar» nəhayət Robin “ropz” Kool-a qarşı antidot tapdı. NaVi çox vaxt Vitality-nin lurkerinin hərəkətlərini öncədən oxuya bilirdi.
Yarımfinallar və qrand final
NaVi qalan mərhələlərin açıq favoriti idi və bunu tam təsdiqlədi. Komanda əvvəlcə BB-ni inamlı şəkildə məğlub etdi (13:8 və 13:6), daha sonra isə finalda GamerLegion-u 3:0 hesabı ilə darmadağın etdi. İlk iki xəritədə «Qələbə üçün doğulanlar» demək olar ki, heç bir müqavimət hiss etmədi və 13:3, 13:9 hesabları ilə qalib gəldi. Üçüncü xəritədə GamerLegion 12:7 hesabı ilə öndə olsa da, güclü tərəfdə ardıcıl beş raund verdi
Üçüncü yer uğrunda matçda Legacy BB-yə heç bir şans vermədi və 13:4, 13:3 hesabları ilə qalib gəldi. Bruno “latto” Rebelatto 2.11 reytinqlə möhtəşəm oyun nümayiş etdirdi.
Turnirin MVP-si Ihor “w0nderful” Zhdanov oldu. Bu, onun karyerasındakı ilk belə mükafatdır. O, Vitality-yə qarşı matçda komandanın ən vacib oyunçusuna çevrildi və qazanılan iki xəritədə 1.95 və 1.87 reytinq göstərdi. Qrand finalı isə 1.44 reytinqlə keçirdi. Ukraynalı K-D (+107) və ümumi kill sayına görə (289) turnirin ən yaxşı oyunçusu oldu, həmçinin AWP ilə kill sayında (105) və entri-frag göstəricisində (47) ikinci yeri tutdu.
Ən vacib kiberidman hadisələrindən zövq al və MelBet platformasında ən yaxşı əmsallarla mərc et! MelBet pulu ödəyirmi? Əlbəttə, bəli! Əsas odur ki, platformanın qaydalarına əməl edəsən.