Cənubi Koreyanın Seul şəhərində keçirilən “PUBG Global Series 2026 Circuit 1 Series 1” turniri başa çatıb. Gərgin keçən mübarizənin sonunda Çin təmsilçisi Petrichor Road turnirin qalibi adını qazanıb.
Çempionatın nəticələrinə görə, turnirin ən yaxşı üçlüyü aşağıdakı kimi formalaşıb:
- Petrichor Road
- Four Angry Men
- Made in Thailand
Xatırladaq ki, “PUBG Global Series 2026 Circuit 1 Series 1” martın 18-dən 22-nə qədər davam edib. Turnirin ümumi mükafat fondu 100 min dollar təşkil edib.
