PGL Bucharest 2025: Daha üç komanda pley-offa vəsiqə qazandı

by Nigar Məmmədova
0 comments

9 aprel tarixində PGL Bucharest 2025 CS2 turnirinin qrup mərhələsinin sonuncudan əvvəlki turu baş tutdu. Bu mərhələnin nəticələrinə əsasən daha üç komanda növbəti mərhələyə yüksəldi, üç komanda isə yarışla vidalaşdı.

Pley-offa çıxan komandalar:

  • Complexity
  • GamerLegion
  • Aurora

Bu üç kollektiv qrup mərhələsini 3–1 nəticəsi ilə tamamlayaraq pley-off biletlərini təmin etdilər. Onlardan əvvəl artıq G2 Esports3DMAX mərhələni adlamışdılar.

Turniri tərk edənlər:

  • Legacy
  • Rare Atom
  • FURIA

Bu üç komanda yarışın qrup mərhələsində sonuncu oyunlardan sonra mübarizədən kənarda qaldı. Daha öncə paiN və Team Liquid də turniri tərk etmişdilər.

Son tur 10 aprel tarixində baş tutacaq və nəticədə pley-off iştirakçıları tam formalaşacaq.

PGL Bucharest 2025 turniri 6–13 aprel tarixlərində Buxarest (Rumıniya) şəhərində keçirilir. Yarışın ümumi mükafat fondu 1.25 milyon ABŞ dolları təşkil edir.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın