SpaceX-in baş direktoru İlon Mask yaxınlarda özünün sahibi olduğu X platformasında canlı yayım təşkil edərək Path of Exile 2 oyunundakı bacarıqlarını nümayiş etdirmək istəyib. Lakin ilk bossdan bir neçə dəfə məğlub olduqdan və təxminən 30 dəqiqə keçdikdən sonra yayımı qəfil dayandırıb.
Mask yayımın bağlanmasını belə izah edib: “Bu, Starlink-in təyyarədə fasiləsiz işləmə imkanlarını sınaqdan keçirmək üçün test idi.” Yəni onun məqsədi texniki yoxlama imiş, oyun performansı yox.
İzləyicilərdən sərt tənqidlər
Canlı yayım zamanı izləyicilər Maskın oyun bacarığını kəskin şəkildə tənqid ediblər. Onlardan biri hətta yazıb:
“Qızı Vivia Vilsən düz deyirmiş ki, atası Overwatch-da da bərbad oynayır.”
Bundan əlavə, şərhlərdə aqressiv və alçaldıcı fikirlər də yer alıb. Görünür, izləyicilər milyarderin oyunla bağlı iddialarını ciddi qəbul etməyib.
Oyun tarixçəsindəki şübhəli anlar
İlon Mask əvvəllər dəfələrlə gözəl oyunçu olduğunu iddia edib. Lakin 2025-ci ilin əvvəlində məlum olub ki, o, Path of Exile 2 oyununda öz hesabını başqalarına pul qarşılığında inkişaf etdirdib. Bu fakt onun “gamer” imicinə ciddi zərbə vurub.
Belə görünür ki, bu yayım həm oyun performansı, həm də ictimai rəy baxımından uğursuz keçib.