“ESL Pro League Season 24“ün böyük finalında “Vitality”nin qələbəsindən sonra kiberidmanla futbol dünyası arasında parlaq krossover baş tutub.
Fransa təmsilçisinin kapitanı Den “apEX” Madeskler komandasının çempionluğunu PSJ-nin ulduz cinah hücumçusu Xviça Kvaratsxeliyanın imza üslubunda qeyd edib. Onun komanda yoldaşı Uilyam “mezii” Merriman isə Londonun “Çelsi” klubunun forvardı Joao Pedronun qol sevincini təkrarlayıb.
Hər iki futbolçu kiberidmançıların bu jestini biganə qoymayıb və həmin kadrları öz rəsmi sosial şəbəkə hesablarında paylaşaraq (repost edərək) diqqət mərkəzinə gətiriblər.
