PUBG Mobile Global Open (PMGO) 2026 Season 1 bu yayın mobil kibersport aləmində ən qaynar hadisələrindən biri olmağa iddialıdır. Bu dəfə dünya PUBG Mobile elitası İndoneziyanın Cakarta şəhərinə, nüfuzlu “Tennis Indoor Stadium Senayan” arenasına yollanır. Turnirdə PMGO birinci mövsümünün çempionu adı uğrunda 32 güclü komanda mübarizə aparacaq.
PMGO 2026 Season 1-in təqvimi
Turnir olduqca intensiv formatda keçiriləcək və cəmi altı gün — 2-7 iyun 2026-cı il tarixlərində davam edəcək. Yarışın qrafiki üç əsas mərhələyə bölünüb:
- Qrup mərhələsi (Group Stage): 2 və 3 iyun
- Sağ qalma mərhələsi (Survival Stage): 4 iyun
- Böyük Final (Grand Final): 6 və 7 iyun
Turnirin müкаfat fondu
Çempionatın ümumi müкаfat fondu 500 000 dollar ($500 000) təşkil edir. Pul mükafatı ilə yanaşı, iştirakçılar ilin əsas turniri olan PUBG Mobile Global Championship (PMGC) yarışına vəsiqəni təmin edən reytinq xalları (PMGC Points) uğrunda da yarışacaqlar. Turnirin qalibi pul fondunun ən böyük hissəsini götürməklə bərabər, birbaşa 75 PMGC xalı qazanacaq.
PMGO 2026 formatı komandalara uzun-uzadı hazırlıq şansı tanımır və elə ilk matçdan maksimum konsentrasiya tələb edir:
Qrup mərhələsi:
- 32 komanda hər birində 16 kollektiv olmaqla iki qrupa bölünür.
- Hər qrup 6 oyun keçirir.
- Hər qrupun ən yaxşı 6 komandası birbaşa Böyük Finala vəsiqə qazanır.
- 7-14-cü yerləri tutan komandalar Sağ qalma mərhələsində ikinci şans əldə edirlər.
- Hər qrupun ən zəif iki komandası (15-16-cı yerlər) turnirlə vidalaşır.
Sağ qalma mərhələsi (Survival Stage):
- 16 komanda 6 matçdan ibarət seriyada mübarizə aparır.
- Yalnız ən yaxşı 4 komanda Böyük Finala adlayır, qalanları isə turniri tərk edir.

Böyük Final:
- Turnirin ən güclü 16 komandası 12 matçda (hər gün 6 oyun olmaqla) üz-üzə gəlir.
- Smash Rule (Sındırma qaydası): Finalın ikinci günündə xüsusi “Smash Rule” qaydası qüvvədə olacaq. Hər hansı bir komanda əvvəlcədən müəyyən edilmiş xal həddini keçən kimi titula iddialı statusu alır. Bundan sonra turnirin mütləq qalibi olmaq və kuboku qaldırmaq üçün həmin komandaya növbəti matçların hər hansı birində sadəcə 1-ci yeri tutmaq kifayət edir.
Turnirdə çətin regional seçmə mərhələlərdən keçmiş dünyanın ən güclü 32 kollektivi toplaşıb. Asiya qitəsinin qrandları arasından Team Flash (Vyetnam), eArena (Tayland), eləcə də ev sahibləri RRQ RYU və Bigetron by Vitality (İndoneziya) kimi komandalar artıq öz iştiraklarını təsdiqləyiblər.