Valorant Mobile-un rəsmi sosial şəbəkə hesabları oyunda aparılan kütləvi ban dalğası barədə məlumat paylaşıb. Hazırda yalnız Çində əlçatan olan mobil versiyada 110 mindən çox hesab bloklanıb.
Banların səbəbləri belə bölünür:
- 61 370 hesab aimbot, wallhack kimi müxtəlif çit proqramlarından istifadə etdiyinə görə bloklanıb;
- 29 651 hesab çiterlə bir qrupda oynadığı üçün banlanıb – hətta oyunçuların bunun fərqində olmaması belə onları məsuliyyətdən azad etməyib;
- 17 177 hesab smurfing (aşağı rütbəli hesablarla oyun) səbəbilə bloklanıb;
- 3 831 hesab oyunu kompüterdə işə salmağa imkan verən emulyatorlardan istifadə etdiyinə görə cəzalandırılıb.
Şirkət paylaşımda qeyd edib ki, Riot Games təhlükəsizlik tədbirlərini gücləndirməyə və rəqabətli mühitin səviyyəsini artırmağa davam edir.

Bu kütləvi bloklamalar Valorant Mobile-un qlobal relizindən əvvəl həyata keçirilir. Oyun bütün dünyada 2025-ci ilin dekabrında və ya 2026-cı ilin əvvəlində çıxa bilər.