Sony, Kojima Productions studiyasının hazırladığı Death Stranding 2 oyununun buraxılışına hazırlaşır.
PlayStation Store-un rəqəmsal xidmətində oyun üçün ön sifariş düyməsi ilə səhifə yaradılıb, lakin hələlik düymə aktiv deyil. Rəsmi buraxılış tarixi 2025-ci ilə planlaşdırılıb. Buna baxmayaraq, son State of Play təqdimatında yeni treyler göstərilmədi. Şayiələrə görə, oyun mart ayında nümayiş olunacaq və dəqiq buraxılış tarixi elan ediləcək.
Death Stranding 2 artıq Cənubi Koreyada “19+” reytinqi alıb. Oyunda qanlı döyüş səhnələri, silah istifadəsi zamanı fiziki xəsarətlər, ifrat söyüşlər və narkotik maddələrin birbaşa istifadəsi əks olunub. Bundan əlavə, personajlar spirtli içkilər qəbul edəcək və siqaret çəkəcəklər. Oyunun süjetinə əsasən, oyunçular yenidən postapokaliptik dünyaya qayıdacaqlar.