Sony, Narazı Abunəçiləri PS Plus Endirimləri ilə Saxlamağa Çalışır

by Nigar Məmmədova
0 comments

Sony Interactive Entertainment, PlayStation Plus abunəliyindən imtina etməyə çalışanlara fərdi endirimlər təklif etməyə başlayıb. Bu təklif ləğv etmə prosedurunun sonunda, istifadəçini qalmağa razı salmaq üçün son cəhd kimi istifadəçinin qarşına çıxır.

Bu barədə Reddit-də Extra və Premium tariflərinin sahibləri məlumat verib. Əksər hallarda söhbət 3 aylıq Extra abunəliyinə yarım qiymət (50% endirim) təklifindən gedir. İllik Premium üçün bəzi oyunçular 25%, britaniyalı bir istifadəçi isə 33% endirim görüb. Rəqəmlərin fərqli olması Sony-nin çevik qiymət siyasətini sınaqdan keçirdiyi barədə ehtimallar yaradıb.

Sony PS Plus

Bir çox oyunçu Sony-nin oyunları disklərdə buraxmağı dayandırmaq planlarına etiraz olaraq xidmətdən imtina edir. Şirkət təxminən bir həftə sosial şəbəkələrdə heç bir paylaşım etmədikdən sonra, 7 iyulda “FlexStrike” naqilsiz arkada kontrolleri barədə video ilə geri qayıdıb. Lakin cihazın müzakirəsi sürətlə optik disk sürücülərinin saxlanılması tələblərinə çevrilib: post minlərlə bəyənmə və on minlərlə şərh toplayıb. İyulun əvvəlinə qədər Kanadanın “PNP Games” şəbəkəsinin fiziki daşıyıcılardan imtinaya qarşı başlatdığı petisiya 40 mindən çox imza yığıb.

Reddit-dəki rəylərə görə, bəzi oyunçular hətta sərfəli təklifdən sonra da abunəliyi ləğv edirlər. Bu saxlama siyasətinin kütləvi olacağı, yoxsa fərdi hesablar üçün keçərli bir aksiya olaraq qalacağı hələlik bəlli deyil.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın