Esports Charts portalı League of Legends üzrə Dünya Çempionatı – Worlds 2025 turnirinin yenilənmiş izlənmə statistikasını təqdim edib.
Turnirin ən populyar qarşılaşması T1 və Top Esports arasında keçirilən yarımfinal oyunu olub. Best-of-5 formatında baş tutan matçın pik izləyici sayı 3,59 milyon nəfər təşkil edib (Çin platformaları nəzərə alınmadan). YouTube-da 1,99 milyon, Twitch-də isə 850 min tamaşaçı qarşılaşmanı canlı izləyib.
Bu göstərici Worlds 2025 üçün yeni rekord olub. Əvvəlki nəticə T1 – Anyone’s Legend matçına məxsus idi — həmin oyun 3,2 milyon izləyici toplamışdı.
T1 komandası Top Esports-u 3:0 hesabı ilə məğlub edərək turnirin finalına yüksəlib. Qrupun final oyunu 9 noyabr, saat 11:00-da (Bakı vaxtı) baş tutacaq və rəqib KT Rolster olacaq.