Valve “Counter-Strike 2” üçün kiçik yenilənmə yayımladı

by Nigar Məmmədova
0 comments

Mayın 19-na keçən gecə “Valve” şirkəti CS2 üçün kiçik bir yenilənmə təqdim edib. Dəyişikliklər əsasən oyunu izləmə (spectator) sisteminə və “Cache” xəritəsindəki bəzi elementlərin tənzimlənməsinə yönəlib.

İzləmə Sistemi (Spectating)

  • Müxtəlif post-emal (post-processing) həcmlərinə malik xəritələrdə izləyicilər hədəfi dəyişdirərkən yaranan qrafik xəta aradan qaldırılıb.
  • İzləyicilər arasında kamera keçidi edərkən rentgen (X-ray) siluetlərinin ekranda donub qalması halı düzəldilib.
  • İzləyicilər üçün ekranda görünən zədə alma effekti (damage overlay) tənzimlənib.

Digər Yeniliklər (Misc)

  • Oyuna weapon_accuracy_stack_boost_limit əmri əlavə edilib (standart dəyər “2”). Bu funksiya 3 və ya daha çox oyunçunun üst-üstə çıxdığı (“triple boost”) zaman, üst hissədəki oyunçuya nərdivandakı kimi atəş qeyri-dəqiqliyi tətbiq edir. Bununla da çoxlu oyunçu ilə edilən “boost” taktikalarının effektivliyi azaldılıb.
  • AWP silahının hazır vəziyyətdən gözləmə (idle) rejiminə keçid animasiyası korreksiya olunub.
  • Tullanaraq qumbara atma (jump-throw) mexanikasının sabitliyi və qumbaranın uçuş trayektoriyasını göstərən önbaxış kamerasının dəqiqliyi təkmilləşdirilib.

Xəritələr (Maps)

Cache

  • Pəncərə qapaqlarının modelləri elə tənzimlənib ki, atəş açılan zaman güllə izləri (decals) və toqquşma reaksiyaları düzgün göstərilsin.
  • Pəncərələr, pəncərə qapaqları və havalandırma (vent) girişinin ətrafında oyunçuların və qumbaraların xəritə obyektlərinə ilişməsi (clipping) tənzimlənib.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın