“MOUZ” CS2 komandasının kapitanı Dorian “xertioN” Berman “BLAST Open Porto 2026“nın böyük finalında “Spirit”ə qarşı baş tutan qarşılaşmadakı çıxışlarını dəyərləndirib. Kiberidmançının sözlərinə görə, 1:3 hesablı məğlubiyyətin həlledici amilləri “MOUZ”un optimal formada olmaması və rəqibin fərdi atış (shooting/aim) üstünlüyü olub:
“Şübhəsiz ki, bu gün bütün xəritələrdə ən yaxşı oyunumuzu nümayiş etdirə bilmədik, eyni zamanda ‘Spirit’ çox yaxşı formada idi. Səmimi desəm, onlar sadəcə atış duellərinin əksəriyyətində qalib gəlirdilər. Taktiki cəhətdən bəzi məkanlarda onlarla ayaqlaşsaq da, digərlərində bu alınmadı. Növbəti dəfə oyunumuzu yaxşılaşdırmaq üçün səhvlərimizi ətraflı təhlil etməli olacağıq.”
Xəritə seçimi və “Mirage” qərarı
Kapitan veto mərhələsindəki xəritə seçiminə, o cümlədən gözlənilən “Nuke” əvəzinə “Mirage”ın seçilməsinə xüsusi diqqət yetirib. Məlum olub ki, “Mirage” seçimi özünü doğruldub, çünki bu, “MOUZ”un öz aktivinə yazdıra bildiyi yeganə xəritə olub:
“Geriyə baxanda, əlbəttə ki, ‘Nuke’ bir fəlakətə çevrildi, ‘Mirage’ isə qazandığımız həqiqətən yaxşı seçim oldu. Bu xəritədə özümüzü çox əmin hiss edirik və bu, ‘Spirit’ə qarşı doğru qərar idi. Lakin dünyanın ən yaxşı komandasına qarşı oynayanda onlar hər yerdə güclüdürlər. Maksimumunu verməyəndə sadəcə uduzursan — bizimlə də məhz bu baş verdi.”