Aurora Gaming “FISSURE Universe: Episode 8” turnirinin çempionu oldu

by Nigar Məmmədova
0 comments

Aurora Gaming komandası “FISSURE Universe: Episode 8” turnirinin finalında “Team Spirit” kollektivini məğlub edib. Gərgin keçən qarşılaşma xəritələr üzrə 3:2 hesabı ilə Aurora Gaming-in xeyrinə başa çatıb. Həlledici görüş 32 dəqiqə 18 saniyə davam edib və “Drakonlar”ın (Team Spirit) geri dönüş (back) cəhdləri nəticəsiz qalıb.

Bu möhtəşəm qələbə sayəsində Aurora Gaming 125 min dollar mükafat və çempionluq titulunu qazanıb. Qeyd edək ki, bu, 13 noyabr 2023-cü ildə ilk heyətini imzalayan təşkilatın tarixində qazandığı ilk tituldur. “Team Spirit” isə turniri ikinci yerdə başa vuraraq 60 min dollar mükafat əldə edib. Komanda bu turnirdə əvəzetmə ilə çıxış edirdi — Denis Larl Siqitovun yerinə “Yellow Submarine” komandasından Marat Mirele Qazetdinov oynayırdı.

FISSURE

Komandaların heyətləri:

  • Aurora Gaming: Yeqor Nightfall Qriqorenko, Artyom Lorenof Melnik, Çunq Ws Vey Şen, Miroslav Mira Kolpakov və Oleq Kaori Medvedok.
  • Team Spirit: İlya Yatoro Mulyarçuk, Marat Mirele Qazetdinov, Maqomed Collapse Xalilov, Aleksandr rue Filin və Nikita Panto Balaqanin.

“FISSURE Universe: Episode 8”-in əsas mərhələsi 29 yanvar – 1 fevral 2026-cı il tarixlərində 8 komandanın iştirakı ilə onlayn formatda keçirilib. Turnirin ümumi mükafat fondu 250 min dollar təşkil edib.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın