“PGL Wallachia Season 9”: Qrup mərhələsi başa çatdı və pley-off toru müəyyənləşdi

0 comments

Buxarest şəhərindəki “PGL Studio”da “Dota 2” üzrə “PGL Wallachia Season 9” LAN turnirinin qrup mərhələsi yekunlaşıb. 16 komanda növbəti mərhələyə və 1 000 000 dollar məbləğində mükafat fondu uğrunda mübarizəyə vəsiqə qazanmaq üçün İsveçrə sistemi üzrə Bo3 formatlı seriyalarda yarışıblar. Qrup qarşıdurmalarının yekunlarına əsasən, pley-offda mübarizəni davam etdirəcək ən güclü səkkiz kollektiv müəyyənləşib, qalan iştirakçılar isə turnirlə vidalaşıblar.

Qrup mərhələsinin nəticələri və yerlərin bölgüsü

İsveçrə mərhələsinin nəticələrinə görə, Team Yandex və Xtreme Gaming heç bir məğlubiyyət almadan 3-0 statistikası ilə qrup mərhələsini birinci tamamlayıblar. Həmçinin Natus Vincere, Aurora Gaming və GamerLegion qrupu 3-1 hesabı ilə bitirərək pley-offa inamla vəsiqə qazanıblar. Son üç vəsiqəni isə gərgin mübarizədə 3-2 statistikası ilə Team Nemesis, LGD Gaming və 1w Team əldə edib.

Turnirlə vidalaşan komandaların tutduğu yerlər və qazandıqları mükafatlar:

  • 9–11-ci yerlər ($20 000): “Pipsqueak+4”, “MOUZ”, “Conventus Stellarum”
  • 12–14-cü yerlər ($15 000): “Team Cobra”, “Hokori”, “Yakult Brothers”
  • 15–16-cı yerlər ($10 000): “Pibbles Corp”, “PlayTime”
"PGL Wallachia Season 9": Qrup mərhələsi başa çatdı və pley-off toru müəyyənləşdi

Pley-off mərhələsinin formatı

Həlledici pley-off mərhələsi “Double-Elimination” (iki məğlubiyyətdən sonra kənarlaşma) sistemi üzrə keçiriləcək. Bütün matçlar Bo3 formatında baş tutacaq, əsas kubokun və 300 000 dolların sahibi isə Bo5 seriyalı qrand-finalda müəyyənləşəcək.

Pley-off mərhələsi bu gün saat 10:00-da yuxarı torun 1/4 finalında Xtreme Gaming və Team Nemesis arasında keçiriləcək qarşılaşma ilə start götürür.

"PGL Wallachia Season 9": Qrup mərhələsi başa çatdı və pley-off toru müəyyənləşdi

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın