PUBG: Battlegrounds tərtibatçıları 2026-cı il üçün 12 qlobal tərəfdaş komandanın siyahısını rəsmən təqdim ediblər. Bu məlumat PUBG Esports rəsmi saytında paylaşılıb.
Keçən illə müqayisədə tərəfdaşlar siyahısında bəzi dəyişikliklər baş verib: The Expendables siyahıdan çıxarılıb, onları isə Anyone’s Legend, FULL SENSE və Virtus.pro (vp) komandaları əvəz edib.
2026-cı ilin qlobal tərəfdaş komandaları:
- Four Angry Men
- 17 Gaming
- Anyone’s Legend
- DN Soopers
- Team Falcons
- FULL SENSE
- Gen.G Esports
- eArena
- Natus Vincere
- Petrichor Road
- Twisted Minds
- Virtus.pro
Tərəfdaş statusu qazanan bu kollektivlər PUBG Global Series seriyasının bütün turnirlərinə birbaşa dəvət alacaq, maliyyə dəstəyi ilə təmin olunacaq və onlar üçün xüsusi eksklüziv oyun daxili sönlər (skins) hazırlanacaq.
