VALORANT Masters Santiago 2026-nın Bütün İştirakçıları Müəyyənləşdi

by Nigar Məmmədova
0 comments

VCT 2026: Kickoff regional turnirlərinin başa çatması ilə Çilinin paytaxtında keçiriləcək VALORANT Masters Santiago 2026 turnirində mübarizə aparacaq 12 komandanın hamısı bəllidir.

Turnirin formatına əsasən iştirakçılar iki qrupa bölünür:

Pley-off mərhələsindən başlayacaq komandalar:

  • FURIA
  • All Gamers
  • BBL Esports
  • Nongshim RedForce

İsveçrə sistemi (Swiss Stage) mərhələsindən başlayacaq komandalar:

  • G2
  • Gentle Mates
  • Team Liquid
  • XLG Esports
  • EDward Gaming
  • T1
  • Paper Rex
  • NRG

Yarış fevralın 28-dən martın 15-dək Santyaqodakı Espacio Riesco arenasında baş tutacaq. Turnirin ümumi mükafat fondu 1.000.000 dollar təşkil edir.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın