“Brawl Stars Championship 2026” seriyasının EMEA regionu üzrə mart ayı finalı başa çatıb. Turnirin gərgin keçən həlledici qarşılaşmasında “FUT Esports” komandasına 3:2 hesabı ilə qalib gələn HMBLE kollektivi çempionluq sevincini yaşayıb.
HMBLE-nin çempionluq yolu dörddəbir finalda “Madrid” üzərindəki inamlı qələbə (3:0) ilə başlayıb. Yarımfinalda isə komanda “NOVO Esports”un ciddi müqaviməti ilə üzləşib, lakin gərgin mübarizənin sonunda 3:2 hesablı qələbə ilə finala vəsiqəni təmin edib.
Turnirdə iştirak edən “Natus Vincere” (NAVI) isə bu dəfə azarkeşlərini sevindirə bilməyib. Komanda dörddəbir final mərhələsində “Team Heretics”lə qarşılaşmada 2:3 hesabı ilə məğlub olaraq yarışı tərk edib.
Mükafat fondunun və BSC xallarının bölüşdürülməsi:
- 1-ci yer: HMBLE — $12,000 və 60 xal
- 2-ci yer: FUT Esports — $8,000 və 40 xal
- 3-4-cü yerlər: Team Heretics, NOVO Esports — hər biri $6,000 və 20 xal
- 5-8-ci yerlər: Kebap, Natus Vincere, Madrid, Totem Esports — hər biri $2,500 və 10 xal