“Dota 2” üzrə keçirilən “ESL One Birmingham 2026” turnirinin qrup mərhələsi oyunları başa çatdı. Gərgin keçən qarşılaşmaların nəticələrinə əsasən, mübarizəni pley-off mərhələsində davam etdirəcək 8 ən güclü komandanın adı müəyyənləşib.
Yuxarı torda (upper bracket) Yndx, Tundra Esports, Aurora və Spirit kollektivləri yer alaraq çempionluq yolunda üstünlük qazanıblar. MOUZ, PV, Falcons və Xtreme Gaming də pley-offa vəsiqə qazansalar da, onlar yarışın həlledici hissəsinə aşağı tordan (lower bracket) başlayacaqlar.
Bəzi iddialı komandalar üçün isə turnir gözləniləndən tez başa çatıb. GamerLegion, BB Team, Yakult Brothers, REKONIX, vp, paiN Gaming, OG və Nigma Galaxy qrup səddini keçə bilməyərək turnirlə vidalaşmalı olublar.
Xatırladaq ki, “ESL One Birmingham 2026” turniri martın 22-dən 29-dək Rumıniyanın paytaxtı Buxarest şəhərində keçirilir. Mükafat fondu 1 milyon dollar olan turnirin final oyunları yaxın günlərdə baş tutacaq.

