Fransız insayder neL-in “X” sosial şəbəkəsində paylaşdığı məlumata görə, Rayan “Neityu” Obri yaxın günlərdə keçiriləcək turnirlərdə FaZe Clan-ın “Counter-Strike 2” heyətinə müvəqqəti oyunçu (stand-in) kimi qoşulacaq.
Təsdiqlənməmiş xəbərlərə əsasən, “Neityu” komandadan ayrılaraq “Falcons”a keçəcəyi gözlənilən Finn “karrigan” Andersenin yerini tutacaq. Belə olan halda, komandanın kapitanı (IGL) vəzifəsini Rassel “Twistzz” Van Dalken üzərinə götürəcək. Yeni heyət ABŞ-da keçiriləcək iki mühüm turnirdə — BLAST Rivals və IEM Atlanta-da sınaqdan keçiriləcək.
İlk Sınaq: BLAST Rivals Spring 2026
“FaZe Clan” üçün növbəti dayanacaq aprelin 29-da start götürəcək BLAST Rivals Spring 2026 turniridir. Səkkiz dəvətli komandanın iştirak edəcəyi bu yarış ABŞ-ın Fort-Uert şəhərində oflayn formatda keçiriləcək. Turnirin ümumi mükafat fondu 350 000 dollar təşkil edir.
Növbəti Turnirlər Üçün Ehtimal Olunan Heyət
- Helvis “broky” Saukants
- David “frozen” Çernyanski
- Yakub “jcobbb” Petruşevski
- Rassel “Twistzz” Van Dalken (Kapitan)
- Rayan “Neityu” Obri (Müvəqqəti)
Əgər bu transfer baş tutarsa, “FaZe Clan” üçün tamamilə yeni bir dövr başlayacaq. “karrigan” kimi təcrübəli kapitanın gedişi və “Twistzz”in liderlik roluna keçməsi komandanın oyun üslubuna necə təsir edəcəyi kiberidman icması tərəfindən böyük maraqla gözlənilir.