Londonda Britaniya Kino və Televiziya Sənətləri Akademiyasının ən nüfuzlu mükafatlarından biri olan 2026 BAFTA Games Awards mərasimi keçirilib. Tədbirdə ötən ilin ən yaxşı videooyunları və onların yaradıcıları mükafatlandırılıb.
Gecənin əsas ulduzları hərəyə 3 mükafat qazanan “Clair Obscur: Expedition 33” və “Dispatch” layihələri olub. “Clair Obscur: Expedition 33” ilin oyunu seçilməklə yanaşı, həm də “Ən yaxşı debüt” və “Ən yaxşı baş rol ifaçısı” kateqoriyalarında qalib gəlib. “Dispatch” isə texniki və aktyorluq nailiyyətlərinə görə animasiya, səs və ikinci dərəcəli rol kateqoriyalarında fərqlənib.
Yaponiyanın samuray mədəniyyətindən bəhs edən “Ghost of Yōtei” döyüş oyunu da gecəni iki heykəlciklə başa vurub.
2026 BAFTA Games Awards: Bütün qaliblərin siyahısı
| Kateqoriya | Qalib Oyun / Şəxs |
| Ən yaxşı oyun | Clair Obscur: Expedition 33 |
| Ən yaxşı debüt | Clair Obscur: Expedition 33 |
| Baş rol ifaçısı | Cennifer İnqliş (Mael rolu, Clair Obscur) |
| İkinci dərəcəli rol ifaçısı | Ceffri Rayt (Chase rolu, Dispatch) |
| Ən yaxşı animasiya | Dispatch |
| Səs nailiyyətləri | Dispatch |
| Texniki nailiyyətlər | Ghost of Yōtei |
| Ən yaxşı musiqi | Ghost of Yōtei |
| Bədii nailiyyətlər | Death Stranding 2: On the Beach |
| Ən yaxşı geym-dizayn | Blue Prince |
| Ən yaxşı Britaniya oyunu | Atomfall |
| Ən yaxşı multiplayer | Arc Raiders |
| İnkişaf etməkdə olan oyun | No Man’s Sky |
| Ən yaxşı ailə oyunu | Lego Party! |
| Ən yaxşı nerrativ (hekayə) | Kingdom Come: Deliverance II |
| Yeni intellektual mülkiyyət (New IP) | South of Midnight |
| Əyləncədən kənar oyunlar | Despelote |
| Xüsusi mükafat | İlkka Paananen (Supercell-in həmtəsisçisi və CEO-su) |
Bu ilki BAFTA mükafatları göstərdi ki, həm böyük büdcəli layihələr, həm də innovativ müstəqil oyunlar sənayedə eyni dərəcədə yüksək qiymətləndirilir. “No Man’s Sky”ın illər sonra “İnkişaf etməkdə olan oyun” nominasiyasında qalib gəlməsi isə layihənin uzunmüddətli uğurunun göstəricisi kimi qəbul edilib.