Valorant Mobile rekord qırdı: Qlobal çıxış olmadan gündəlik 10 milyon oyunçu

by Nigar Məmmədova
0 comments

“Riot Games” şirkəti “Weibo” sosial şəbəkəsində verdiyi rəsmi açıqlamada, populyar “Valorant” şuterinin mobil versiyasının gündəlik 10 milyondan çox aktiv istifadəçi həddini keçdiyini elan edib. Heyrətamiz məqam odur ki, bu nəticə oyunun hələ yalnız Çin bazarında əlçatan olmasına rəğmən əldə olunub.

“Valorant Mobile” 19 avqust 2025-ci il tarixində eksklüziv olaraq Çində istifadəyə verilib. Hələ rəsmi buraxılışdan əvvəl 70 milyondan çox oyunçu layihə üçün ön qeydiyyatdan keçmişdi. Oyun fəaliyyətə başladığı ilk gündəcə 170 min yükləmə sayı və 1 milyon dollar gəlir əldə edərək bazara iddialı giriş etmişdi.

“Tencent” şirkətinin məlumatına görə, təkcə Çində “Valorant”ın PC (fərdi kompüter) və mobil versiyalarının ümumi aylıq auditoriyası 50 milyon aktiv istifadəçidən ibarətdir. Müqayisə üçün qeyd edək ki, cəmi altı ay əvvəl oyunun PC versiyasının Çindəki pik göstəricisi gündəlik 2 milyon oyunçu təşkil edirdi.

Çindəki bu fenomenal uğura baxmayaraq, “Riot Games” oyunun qlobal versiyasının digər ölkələrdə nə vaxt işıq üzü görəcəyi ilə bağlı hələlik heç bir rəsmi məlumat verməyib.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın