RƏSMİ: “Esports World Cup” Parisə köçürüldü

by Nigar Məmmədova
0 comments

Esports World Cup” (EWC) təşkilatçıları 75 milyon dollar mükafat fondu olan nəhəng kiberidman festivalının Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərindən Fransanın paytaxtı Parisə köçürüldüyünü rəsmən təsdiqləyiblər.

Hər nə qədər bu qərar “EWC tarixində ilk beynəlxalq fəsil” kimi qələmə verilsə də, əslində İrandakı münaqişənin gərginləşməsi və Yaxın Şərqdəki qeyri-sabit geosiyasi vəziyyət səbəbindən atılmış məcburi bir addımdır.

“EWC Foundation”ın baş icraçı direktoru Ralf Rayxert (Ralf Reichert) hələ aprelin sonlarında turniri Ər-Riyadda keçirməyə ümid etdiyini bildirsə də, mövcud geosiyasi vəziyyət təşkilatçıları məkanı dəyişməyə məcbur edib.

Rekord mükafat fondu və turnirin miqyası

Möhtəşəm kiberidman festivalı 6 iyul – 23 avqust tarixlərində baş tutacaq. Turnirin miqyası olduqca irihəcmlidir:

  • İştirakçılar: 100-dən çox ölkədən və 200-dən çox klubdan olan 2000-dən çox kiberidmançı.
  • Proqram: 25 turnir çərçivəsində 24 oyun növü (disiplin).
  • Mükafat fondu: Tarixi rekord həddə — 75,000,000$-dan çox.

CS2 turniri üçün “Valve”dən xüsusi icazə

Məkan dəyişikliyinin “Counter-Strike 2” turnirinin formatına təsir edib-etməyəcəyi hələlik məlum deyil. Bununla belə, “HLTV” portalı təsdiqləyib ki, bu qərar rəsmi məlumat vermə müddətindən (deadline) təxminən 7 ay sonra qəbul edildiyi üçün, turnir “Valve” şirkətindən xüsusi icazə (waiver) almağı bacarıb. Normal şərtlərdə tərtibatçı şirkət bu növ istisnaların verilməsini dayandırdığını elan etmişdi, lakin turnirin miqyası və fors-major vəziyyət qərara təsir edib.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın