“VALORANT Masters London 2026”-nın bütün iştirakçıları müəyyənləşdi

by Nigar Məmmədova
0 comments

VALORANT Champions Tour” (VCT) regional liqalarının birinci mərhələsi başa çatmaq üzrədir. “VCT Americas” liqasında da ən yaxşı üçlük bəlli olduqdan sonra, İngiltərədə keçiriləcək VALORANT Masters London 2026 turnirində çıxış edəcək bütün 12 kollektiv rəsmən müəyyənləşib.

Masters London 2026-nın iştirakçı heyəti:

VCT Americas Stage 1

  • Leviatán
  • G2 Esports
  • NRG

VCT China Stage 1

  • EDward Gaming (1-ci yer)
  • XLG Esports (2-ci yer)
  • Dragon Ranger Gaming (3-cü yer)

VCT EMEA Stage 1

  • Team Heretics (1-ci yer)
  • Team Vitality (2-ci yer)
  • FUT Esports (3-cü yer)

VCT Pacific Stage 1

  • Paper Rex (1-ci yer)
  • FULL SENSE (2-ci yer)
  • Global Esports (3-cü yer)

Turnirin formatı

Regional liqaların qalibləri (öz regionlarında 1-ci yeri tutan komandalar) turnirə birbaşa pley-off (playoff) mərhələsindən start verəcəklər.

Yerdə qalan digər komandalar isə mübarizəyə İsveçrə sistemi (Swiss-system) ilə keçiriləcək qrup mərhələsindən başlayacaqlar. Qrup mərhələsinin nəticələrinə görə ən yaxşı top-4 kollektiv pley-offa vəsiqə qazanacaq, digərləri isə yarışı tərk edəcək.

Turnir barədə əsas məlumatlar: “VALORANT Masters London 2026” çempionatı 6-21 iyun tarixlərində London şəhərindəki məşhur “Copper Box Arena”da təşkil olunacaq. Turnirin ümumi mükafat fondu 1,000,000$ təşkil edir.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın