Mongolia PGL-in diqqət mərkəzindədir və biz gələcəkdə Ulan-Batorda keçirilə biləcək PGL tədbirinin necə görünəcəyini araşdırmaqda maraqlıyıq – Silviu Stroie, PGL CEO-su

by Nigar Məmmədova
0 comments

PGL Astana 2026 kiberturniri çərçivəsində 1xBet komandası turnirin təşkilatçıları və The MongolZ oyunçuları ilə söhbət edib. Kiberidmançılara və PGL nümayəndələrinə ünvanlanan əsas sual isə onların fikrincə Monqolustanın öz kibertur­niri­ni keçirməyə nə dərəcədə hazır olması və azərkeşlərin PGL Ulaanbaatar-ı nə vaxt görə biləcəyi olub.

The MongolZ – Asiyanın ən güclü komandası

Uzun illər ərzində Avropa və Amerika komandaları Counter-Strike kiberidman səhnəsində dominantlıq edirdi. Turnir operatorları iventlərin böyük hissəsini məhz bu regionlarda keçirirdilər. Lakin The MongolZ-un son üç ildə qazandığı parlaq uğurlar göstərir ki, Monqolustan artıq ilk böyük turnirini qəbul etməyə hazırdır.

The MongolZ-un ilk qələbələri – YaLLa Compass 2024 və Thunderpick World Championship 2024 turnirlərində qazandığı titullar – komanda haqqında perspektivli yeni kollektiv kimi danışılmasına səbəb olmuşdu. Esports World Cup 2025-də qazanılan «qızıl» və BLAST.tv Austin Major 2025-də əldə olunan «gümüş» isə komandamızı dünya kiberidmanının zirvəsinə çıxardı.

Və bu sadəcə gözəl sözlər deyil: 2025-ci ilin sentyabrında The MongolZ Valve və HLTV-nin ən nüfuzlu reytinqlərində zirvəyə yüksələrək rəsmi şəkildə dünyanın ən güclü komandası oldu. Monqolustan isə aktiv inkişaf edən kiberidman regionundan cəmi bir neçə il ərzində qlobal səhnənin tamhüquqlu iştirakçısına çevrildi.

«PGL Monqolustan kiberidmanının inkişafını yaxından izləyir və biz bu regionun hazırda intizam üzrə ən maraqlı inkişaf edən səhnələrdən biri olması ilə bağlı qlobal fikri bölüşürük. The MongolZ yalnız dünyanın istənilən təşkilatının qürur duyacağı nəticələr əldə etməyib, eyni zamanda beynəlxalq səhnədə Monqolustanın həqiqi səfirlərinə çevrilib. Onların çıxışları göstərdi ki, artıq Counter-Strike-ın yeni nəslindən Monqolustanı qeyd etmədən danışmaq mümkün deyil» – Silviu Stroie, PGL Esports.

PGL

The MongolZ, rəsmi tərəfdaş 1xBet-in dəstəyi ilə ölkənin dünya kiberidman xəritəsində yeni status qazanmasının əsas lokomotivinə çevrilib. Komandanın oyunçuları mini-müsahibədə PGL Ulaanbaatar turnirinin keçirilməsi ideyasını böyük coşqu ilə qarşılayıblar:

  • Sizcə, Monqolustan PGL Astana 2026 səviyyəsində tədbir keçirməyə hazırdır?

«PGL komandasının dəstəyi ilə tədbirin uğurlu keçəcəyinə inanırıq. “Hazır olmaqdan” danışırıqsa, ilk dəfə heç kim tam hazır olmur. Sadəcə irəli addım atmalı və əlimizdən gələni etməliyik – bu, bir növ inam sıçrayışıdır. Amma fikrimizcə, tədbir yay və ya payız aylarında keçirilməsi daha yaxşı olar» – The MongolZ.

  • Əgər PGL turniri Monqolustanda keçirilsəydi, azərkeşləri necə bir ab-hava gözləyərdi?

«Düşünürük ki, bu daha çox Thunderpick WC2024-dəki ab-havaya bənzəyərdi. Azərkeşlərin sayı digər təsbirlərə müqayisədə az idi, amma bütün arena bizi dəstəkləyirdi və özümüzü evdəki kimi hiss edirdik. Doğma azərkeşlər önündə oynamaq möhtəşəm olardı və biz həmin turniri qazanmaq üçün maksimum gücümüzü ortaya qoyardıq» – The MongolZ.

The Horde azərkeş hərəkatının mədəni fenomeni

Ölkənin əsas komandası olan The MongolZ azərkeşlər üçün ilham mənbəyinə çevrilib. 1xBet Mongol dəstəyi ilə oyunçuların şərəfinə Ulan-Batorun mərkəzində qraffitilər yaradılıb, onlar məşhur televiziya şoularına dəvət olunur və dəbli jurnalların üz qabıqları üçün çəkilişlərdə iştirak edirlər.

BLAST.tv Austin Major 2025 meycorunun qrand-finalı zamanı The MongolZ dünya çempionu adı uğrunda Vitality ilə mübarizə apararkən, on minlərlə azərkeş favoritlərinə dəstək olmaq üçün gecənin bir yarısı Monqolustan paytaxtının küçələrinə çıxmışdı.

Komandanın ən sadiq azərkeşləri 1xBet brendi və The MongolZ-un dəstəyi ilə mədəni fenomenə çevrilən The Horde hərəkatını yaradıblar. The Horde PGL Cluj-Napoca 2026 turnirinə də qatılıb və enerjili şüarlar, gurultulu çarxlar və xarizmatik azərkeşlərlə canlı arenanın necə görünməli olduğunu hər kəsə göstərib.

PGL Astana 2026-da The Horde tamamilə yeni performans nümayiş etdirdi və bu, bütün turnirin ən emosional məqamlarından birinə çevrildi. The Horde bu təcrübəni doğma ölkəsinə gətirməyi arzulayır, çünki PGL Astana onlar üçün sadəcə səfər deyil, Monqolustanda böyük kiberidman turnirinin necə görünə biləcəyinə dair real referans oldu.

«Təşkilatçı baxımından azərkeş auditoriyası da ən az bunun qədər diqqət çəkir. Monqolustan azərkeşləri bu günlərdə getdikcə daha nadir rast gəlinən səviyyədə aktivlik, iştirak və özünəməxsus kimlik nümayiş etdiriblər – məhz belə community enerjisi şəhəri tədbir keçirmək üçün cəlbedici məkana çevirir» – Silviu Stroie, PGL Esports.

Monqolustan beynəlxalq səviyyəli turnirləri qəbul etməyə hazırdır

Turnirlərin keçirilməsi üçün potensial məkan seçərkən təşkilatçılar bir sıra amilləri nəzərə alırlar. Bunlara kiberidmanın populyarlığı, güclü yerli komandaların olması, azərkeş hərəkatının gücü və regionun turizm cəlbediciliyi daxildir.

Monqolustanda bu parametrlərin hər biri yüksək səviyyədədir, sonuncu da daxil olmaqla – monqollar qonaqları hər zaman məmnuniyyətlə qarşılayır və parlaq milli koloritlərini bölüşməyə hazırdırlar. Ulan-Batorda turnir keçirmək üçün uyğun məkanlar da kifayət qədərdir: M Bank Arena, AIC Steppe Arena və Wrestling Palace.

Mongolia PGL

PGL beynəlxalq kiberidman yarışlarının təşkilində ixtisaslaşan ən böyük turnir operatorlarından biridir. Son illərdə şirkət Buxarest, Kluj-Napoka və Astanada turnirlər keçirib, ilin sonunda isə Sinqapurda meycor təşkil edəcək.PGL artıq 2027–2028-ci illər üçün bir neçə böyük turnirin anonsunu verib, lakin iventləri üçün uyğun ölkə və arenaları hələ də axtarmaqdadır. Əgər bütün pazl uyğun gəlsə, yaxın illərdə PGL Ulaanbaatar 2027 və ya PGL Ulaanbaatar 2028 turnirini görə bilərik.

«Yeni bazara yüksək səviyyəli beynəlxalq turnir gətirmək üçün arena infrastrukturu, yayım logistikası, səyahət və yerləşmə imkanları, həmçinin etibarlı yerli tərəfdaşların düzgün kombinasiyası lazımdır. Bu isə zaman tələb edən prosesdir. Bununla belə, açıq demək istəyirik: Monqolustan PGL-in diqqət mərkəzindədir və biz gələcəkdə Ulan-Batorda keçirilə biləcək PGL tədbirinin necə görünəcəyini araşdırmaqda maraqlıyıq. Bu ambisiyanı bölüşən Monqolustandakı institusional, kommersiya və community nümayəndələri ilə dialoqa açığıq.

«PGL Astana-da təqdim etdiyimiz nəticə ilə qürur duyur və Mərkəzi, həmçinin Şimal-Şərqi Asiyadan aldığımız reaksiya bizi bir daha əmin etdi ki, bu region qlobal kiberidman təqvimində daha böyük yerə layiqdir. Monqolustan da bizim üçün həmin gələcəyin vacib hissəsidir» – Silviu Stroie, PGL Esports.

1xBet esports-un The MongolZ komandası və The Horde azərkeş hərəkatına göstərdiyi aktiv dəstək təkcə Monqolustanın bütün kiberidman ekosistemini inkişaf etdirmir, eyni zamanda böyük CS2 turnirinin nəhayət ölkədə keçiriləcəyi anı da yaxınlaşdırır.

  • Siz Monqolustanda keçiriləcək meycor səviyyəli turnirə hazırsınız?

«Biz hazırıq, The MongolZ hazırdır, monqol azərkeşləri isə bundan da artıq hazırdır. Bəs siz hazırsınız?» – The MongolZ.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın