Tarixdə ilk dəfə keçiriləcək Esports Nations Cup (ENC) turniri bu ilin 2-29 noyabr tarixlərində baş tutacaq. Dünya çempionatı statuslu bu yarışda milli komandalar eyni vaxtda 16 kiberidman disiplini üzrə mübarizə aparacaqlar.
İştirakçıları müəyyən etmək üçün oyunçuların son nəticələrini qiymətləndirən xüsusi reytinq sistemindən istifadə olunacaq. Ən yüksək ümumi göstəriciyə malik yığmalar ENC turnirinə birbaşa dəvət (invite) qazanacaqlar.
Yerdə qalan yerlər isə regional təsnifat mərhələləri və üç növ wildcard slotları vasitəsilə bölünəcək:
- Solidarity Slots (Həmrəylik slotları)
- Host Region Slots (Ev sahibi region slotları)
- Special Invites (Xüsusi dəvətlər)
Bu qaydalar beynəlxalq arenada yetərincə təmsil olunmayan ölkə və ərazilərə böyük şans tanımaq məqsədi daşıyır. “Esports Foundation”dan verilən bəyanata görə, wildcard sistemi “struktur, texniki və regional maneələri” aşmaq və qlobal miqyasda daha geniş təmsilçiliyi təmin etmək üçün yaradılıb. Bu slotlarla turnirə vəsiqə qazanan kiberidmançıların yol və yaşayış xərcləri təşkilatçılar tərəfindən tamamilə qarşılanacaq.
Həmrəylik slotları (Solidarity Slots)
Bu slotlar az təmsil olunan regionlara Counter-Strike 2 (CS2) istisna olmaqla, bütün ENC disiplinlərində iştirak etmək imkanı verəcək.
İyulun 20-dən itibaren, birdən çox disiplin üzrə təsnifatdan keçə bilməyən ölkələr özlərinin ən güclü olduqları oyunlar üçün müraciət edə biləcəklər. Seçmələr başa çatdıqdan sonra təşkilatçılar oyun naşirləri ilə birlikdə regionun gücü və rəqabət səviyyəsinə əsasən yekun iştirakçıları müəyyənləşdirəcəklərXüsusi dəvətlər (Special Invites)
Xüsusi dəvətlər texniki və ya struktur məhdudiyyətlər ucbatından standart təsnifat mərhələlərindən keçə bilməyən ölkələr üçün nəzərdə tutulub. Onlar cari nəticələrə deyil, xüsusi daxili kriteriyalara əsasən paylanır.
Hazırda oyunlar üzrə wildcard slotlarının bölgüsü aşağıdakı kimidir:
- EA Sports FC: 5 xüsusi dəvət, 2 həmrəylik slotu;
- PUBG MOBILE: 4 xüsusi dəvət, 1 həmrəylik slotu;
- Şahmat: 2 həmrəylik slotu;
- Rocket League: 2 həmrəylik slotu;
- Honor of Kings: 1 xüsusi dəvət, 1 həmrəylik slotu;
- Fatal Fury: City of the Wolves: 1 xüsusi dəvət, 1 həmrəylik slotu.
CS2 turniri istisna olmaqla, bütün digər oyun növləri ilkin olaraq standart rejimdə bir həmrəylik slotu əldə edəcəklər.
Ev sahibi region sistemi
Təşkilatçılar gələcəkdə futbol üzrə dünya çempionatlarında olduğu kimi sırf ev sahibi ölkələr üçün də xüsusi slotlar tətbiq etməyi planlaşdırırlar. Bu addım ENC turnirinin gələcəkdə fərqli ölkələrdə keçirilə biləcəyinə işarə edir (necə ki, oxşar səbəblərdən “Esports World Cup 2025” turniri Parisə köçürülmüşdü).
Lakin ENC 2026 üçün konkret bir ev sahibi ölkə (Səudiyyə Ərəbistanı) slotu əvəzinə regional sistem tətbiq olunub. Belə ki, bu slotlar Fars körfəzinin ərəb dövlətlərinin əməkdaşlıq şurasına daxil olan və hələ təsnifatdan keçməmiş ən uğurlu ölkələrə (Bəhreyn, Küveyt, Oman, Qətər, Səudiyyə Ərəbistanı və BƏƏ) təqdim ediləcək.