Stake Ranked Episode 2: İlk oyun gününün nəticələri bəlli oldu

by Nigar Məmmədova
0 comments

“VRS” reytinqinə birbaşa təsir edən və Esports World Cup 2026-ya son iki birbaşa vəsiqənin (invite) sahibini müəyyən edəcək Stake Ranked Episode 2 turnirinin ilk oyun günü başa çatdı. Turnirin startı gərgin qarşıdurmalar və maraqlı nəticələrlə yaddan qalıb.

3DMAX vs magic — “Inferno”da əlavə vaxt gərginliyi

Günün ilk matçında 3DMAXmagix komandaları üz-üzə gəlib. Xüsusilə ikinci xəritədə — Infernoda gərginliyin pik həddə çatdığı və əlavə vaxtların (overtime) oynanıldığı qarşılaşmada magic 2:0 hesabı ilə daha güclü olub. Bu qələbə komandanı yuxarı torun (upper bracket) yarımfinalına daşıyıb.

HEROIC vs Ninjas in Pyjamas — “stavn”dan inanılmaz performans

Günün ikinci qarşılaşmasında HEROICNinjas in Pyjamas (NIP) kollektivləri qarşı-karşıya gəlib. NIP rəqibini hər iki xəritədə üstələməyi bacarıb:

  • Nuke: 13:7
  • Mirage: 13:9

Ümumi hesabla 2:0 qalib gələn NIP növbəti mərhələyə adlayıb. Matçın ən yaxşı oyunçusu 1.85 reytinq və 49-20 K/D göstəricisi ilə Martin “stavn” Lund olub. Xatırladaq ki, “stavn” cari ilin aprelində komandaya gələrək, ehtiyata (inaktivə) göndərilən ukraynalı Artem “r1nkle” Morozun yerini tutub.

FaZe vs Alliance — Kapitan komandasını irəli apardı

Üçüncü görüşdə FaZeAlliance komandaları mübarizə aparıb. “FaZe Clan”ın kapitanı Russel “Twistzz” Van Dalken fantastik oyun nümayiş etdirərək 1.70 reytinqlə qarşılaşmanın ən yaxşısı seçilib və komandasının 2:0 hesablı rahat qələbəsini təmin edib.

Sharks vs 9z — “Akulalar”dan böyük sürpriz

İlk oyun gününün son matçı Braziliyanın Sharks komandası ilə Amerikanın 9z kollektivi arasında baş tutub. HLTV reytinqində 50-ci pillədə qərarlaşan “Akulalar”, 21-ci yerdə olan rəqiblərinə ciddi müqavimət göstərərək gərgin keçən mübarizədə 2:1 hesablı qələbə qazanıblar.


Növbəti mərhələdə komandaları nə gözləyir? Qələbə qazanan kollektivlər yuxarı torun yarımfinalında mübarizəni davam etdirəcəklər. Məğlub olan komandalar isə aşağı tora (lower bracket) enərək turnirdə qalmaq uğrunda ölüm-dirim oyunlarına çıxacaqlar.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın