“VRS” reytinqinə birbaşa təsir edən və Esports World Cup 2026-ya son iki birbaşa vəsiqənin (invite) sahibini müəyyən edəcək Stake Ranked Episode 2 turnirinin ilk oyun günü başa çatdı. Turnirin startı gərgin qarşıdurmalar və maraqlı nəticələrlə yaddan qalıb.
3DMAX vs magic — “Inferno”da əlavə vaxt gərginliyi
Günün ilk matçında 3DMAX və magix komandaları üz-üzə gəlib. Xüsusilə ikinci xəritədə — Infernoda gərginliyin pik həddə çatdığı və əlavə vaxtların (overtime) oynanıldığı qarşılaşmada magic 2:0 hesabı ilə daha güclü olub. Bu qələbə komandanı yuxarı torun (upper bracket) yarımfinalına daşıyıb.
HEROIC vs Ninjas in Pyjamas — “stavn”dan inanılmaz performans
Günün ikinci qarşılaşmasında HEROIC və Ninjas in Pyjamas (NIP) kollektivləri qarşı-karşıya gəlib. NIP rəqibini hər iki xəritədə üstələməyi bacarıb:
- Nuke: 13:7
- Mirage: 13:9
Ümumi hesabla 2:0 qalib gələn NIP növbəti mərhələyə adlayıb. Matçın ən yaxşı oyunçusu 1.85 reytinq və 49-20 K/D göstəricisi ilə Martin “stavn” Lund olub. Xatırladaq ki, “stavn” cari ilin aprelində komandaya gələrək, ehtiyata (inaktivə) göndərilən ukraynalı Artem “r1nkle” Morozun yerini tutub.
FaZe vs Alliance — Kapitan komandasını irəli apardı
Üçüncü görüşdə FaZe və Alliance komandaları mübarizə aparıb. “FaZe Clan”ın kapitanı Russel “Twistzz” Van Dalken fantastik oyun nümayiş etdirərək 1.70 reytinqlə qarşılaşmanın ən yaxşısı seçilib və komandasının 2:0 hesablı rahat qələbəsini təmin edib.
Sharks vs 9z — “Akulalar”dan böyük sürpriz
İlk oyun gününün son matçı Braziliyanın Sharks komandası ilə Amerikanın 9z kollektivi arasında baş tutub. HLTV reytinqində 50-ci pillədə qərarlaşan “Akulalar”, 21-ci yerdə olan rəqiblərinə ciddi müqavimət göstərərək gərgin keçən mübarizədə 2:1 hesablı qələbə qazanıblar.
Növbəti mərhələdə komandaları nə gözləyir? Qələbə qazanan kollektivlər yuxarı torun yarımfinalında mübarizəni davam etdirəcəklər. Məğlub olan komandalar isə aşağı tora (lower bracket) enərək turnirdə qalmaq uğrunda ölüm-dirim oyunlarına çıxacaqlar.