“B8” komandasının ukraynalı snayperi Daniil “s1zzi” Vınnık, qarşıdan gələn IEM Cologne Major 2026 turnirinin ən gənc iştirakçısı olacaq. Ən gənc 5 oyunçu siyahısında “FUT Esports” komandasının iki üzvü — ukraynalı Dmitri “dem0n” Miroşniçenko və litvalı Ciuqas “dziugss” Steponaviçyus da yer alıb.
Ən gənc 5 oyunçu:
- 16 yaş — Daniil “s1zzi” Vınnık (B8)
- 17 yaş — Ciuqas “dziugss” Steponaviçyus (FUT)
- 17 yaş — Adrian “xelex” Vinçe (MOUZ)
- 18 yaş — Maksim “kyousuke” Lukin (Falcons)
- 18 yaş — Dmitri “dem0n” Miroşniçenko (FUT)
Ağsaqqalların döyüşü: karrigan və FalleN
Turnirin ən yaşlı oyunçusu isə “Falcons” komandasının kapitanı Finn “karrigan” Andersen olacaq. Keçmiş komandası “FaZe” ilə Meycora vəsiqə qazana bilməyən təcrübəli kapitan, “Falcons”a keçdikdən sonra bu möhtəşəm turnirdə iştirak hüququ əldə edib.
Siyahının digər bir veteranı isə “FURIA”nın kapitanı Qabriel “FalleN” Toledodur. Braziliyalı əfsanə öz doğma turniri olan “IEM Rio”da cari ilin sonunda oyunçu karyerasını rəsmən başa vuracağını elan etmişdi.
Ən yaşlı 5 oyunçu:
- 36 yaş — Finn “karrigan” Andersen (Falcons)
- 35 yaş — Engin “MAJ3R” Küpeli (Aurora)
- 34 yaş — Qabriel “FalleN” Toledo (FURIA)
- 34 yaş — Fernando “fer” Alvarenga (Gaimin Gladiators)
- 33 yaş — Den “apEX” Madeskler (Vitality)
Meycor çempionluqlarının statistikası
Maraqlıdır ki, bu ən yaşlı beş oyunçudan yalnız MAJ3R-ın hələ də Meycor çempionluğu yoxdur. Digər veteranların isə kiberidman tarixində silinməz izləri var:
- karrigan: “PGL Major Antwerp 2022” turnirinin qalibi olub.
- FalleN: Aktivində 2 böyük qələbə var. Onun sonuncu kubok qələbəsi düz 10 il əvvəl məhz Kölnbə — “ESL One Cologne 2016” turnirində qeydə alınıb.
- fer: O da FalleN kimi ikiqat Meycor çempionudur. “SK Gaming” tərkibində “ESL One Cologne 2016” və “Luminosity” komandası ilə “MLG Columbus 2016” kuboklarını birlikdə qazanıblar (yeri gəlmişkən, Columbus finalında NAVI-ni 2:0 hesabı ilə məğlub etmişdilər).
- apEX: Bu siyahıda ən çox Meycor kubokuna sahib olan oyunçudur — onun tam 4 çempionluğu var. İlk kubokunu hələ uzaq 2015-ci ildə Fransa təmsilçisi “Envy” ilə “DreamHack Open Cluj-Napoca 2015″də qazanıb (finalda NAVI-ni 2:0 məğlub ediblər), digər 3 kuboku isə “Vitality” ilə əldə edib.