Riot Games “League of Legends” qutularına görə Braziliyada 2,9 milyon dollar cərimələndi

by Nigar Məmmədova
0 comments

Loot box mexanikası şirkətə baha başa gəldi

Braziliya məhkəməsi “Riot Games” şirkətinə qarşı kollektiv qeyri-maddi ziyana görə 15 milyon Braziliya realı (təxminən 2,9 milyon dollar) həcmində təzminat cəzası kəsib. Bu barədə məlumatı “Metrópoles” nəşrinin materialına istinadən “Sheep Esports” portalı yayıb.

Uşaq hüquqlarının müdafiəsi fonduna ödəniləcək məbləğ

Sözügedən məhkəmə işinin qaldırılmasına “League of Legends” (LoL) oyunundakı “loot box” (şans qutuları) mexanikası səbəb olub. Bu proses Uşaqlar və Yeniyetmələrin Qorunması Mərkəzləri Milli Assosiasiyası tərəfindən irəli sürülmüş ictimai mülki iddia əsasında reallaşıb. Məhkəmə tərəfindən kəsilən maliyyə kompensasiyası tam şəkildə Braziliyanın Federal Dairəsində fəaliyyət göstərən Uşaqlar və Yeniyetmələrin Hüquqlarının Qorunması Fondunun hesabına köçürüləcək.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın