Fransalı futbolçu Kilian Mbappe “EA Sports FC 27” futbol simulyatorunun Ultimate nəşrinin rəsmi üzü olacaq. Bu barədə “EA Sports” studiyası öz sosial şəbəkə hesablarında rəsmən məlumat verib.
Oyunun digər versiyalarının üz qabığında kimin yer alacağı hələlik məlum deyil. Lakin ilk treylerin təqdim olunacağı tarix artıq elan edilib – o, iyulun 23-də nümayiş etdiriləcək. Tərtibatçıların bu ilki əsas yeniliklər haqqında daha ətraflı məlumat verəcəyi gözlənilir.
Mbappe üçün bu, ilk belə təcrübə deyil – o, daha əvvəl üç dəfə “EA Sports” oyunlarının üz qabığını bəzəyib.
Xatırladaq ki, 2026-cı il futbol üzrə dünya çempionatında fransalı hücumçu turnirin ən yaxşı bombardiri olaraq “Qızıl buts” mükafatını qazanmışdı.