Əvvəllər “FISSURE Playground 5” kimi tanınan FISSURE Playground 3 turniri keçiriləcəyi məkanı dəyişərək 8–13 sentyabr tarixlərində Çinin Suçjou şəhərində baş tutacaq.
16 komandanın iştirak edəcəyi və 1 250 000 dollar mükafat fondu olan yarışmanın əvvəlcə Şençjen şəhərində keçirilməsi planlaşdırılırdı. Lakin yeni qərara əsasən, turnirə SND Cultural and Sports Centre ev sahibliyi edəcək.
Strateji Əməkdaşlıq Və Qlobal Planlar
Bu turnir “FISSURE” təşkilatının Şanxay media şirkəti GGMEDIA ilə uzunmüddətli strateji tərəfdaşlığı çərçivəsində keçiriləcək ilk tədbir olacaq. Xatırladaq ki, “GGMEDIA” yaxınlarda “BLAST Open Porto 2026” turnirinin Asiya seçmə mərhələlərini təşkil etmişdi. Təşkilatçıların bəyanatına görə, gələcəkdə bu şirkətlər hər il Çində Tier-1 səviyyəli turnirlər keçirməyi planlaşdırırlar.
Qeyd edək ki, daha əvvəl “FISSURE” təşkilatının onların yarışlarında iştirak edən kiberidman klublarına maliyyə borclarının olduğu barədə məlumatlar yayılmışdı.