FOTO: “The International 2025”-in Qalibləri Çempionluq Üzüklərini Aldılar

0 comments

“Valve” şirkəti Dota 2 üzrə “The International 2025” turnirinin qalibi olan Team Falcons komandasının oyunçularına xüsusi çempionluq üzüklərini təqdim edib. Tərtibatçılar təntənəli təqdimatdan olan fotoşəkilləri öz rəsmi sosial şəbəkə hesablarında paylaşıblar.

Üzüklərin dizaynı ötənilki “The International” çempionatının üslubuna uyğun hazırlanıb. Üzüyün mərkəzində turnirin vizual tematikasını əks etdirən bənövşəyi fon üzərində “Team Falcons” klubunun loqosu yer alıb.

Bununla belə, “Valve” çempionlar üçün hazırlanan bu xüsusi mükafatların konkret hansı materiallardan hazırlandığı barədə təfərrüatları açıqlamayıb.

FOTO: "The International 2025"-in Qalibləri Çempionluq Üzüklərini Aldılar

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın