Xbox “Gamescom 2026″da böyük anonsa hazırlaşır

0 comments

Görünür, “Xbox” “Gamescom 2026” sərgisi üçün sürpriz hazırlaşdırır. Tanınmış insayder NateTheHate bu yaxınlarda şirkətin tədbirdə yeni oyun təqdim etməyi planlaşdırdığını bildirib. Onun sözlərinə görə, bu, artıq tanınan bir franşizanın yeni hissəsi olacaq, lakin o, layihənin tədbirdə nümayiş olunacağını hələlik tam təsdiqləyə bilməyib.

Daha sonra vəziyyəti “Windows Central”ın redaktoru Cez Korden şərh edib. O da bu şayiəni eşitdiyini və məlumat təsdiqlənəcəyi təqdirdə ehtimal edilən anonsu “kifayət qədər böyük sürpriz” adlandırıb.

İnsayder əlavə olaraq söhbətin “gözlənilməz davam hissəsindən” getdiyinə işarə vurub. Eyni zamanda jurnalist vurğulayıb ki, hazırda məlumat yoxlanılma mərhələsindədir, buna görə də anonsu dəqiq zəmanət kimi qəbul etmək olmaz.

İlkin məlumatlara görə, oyun “Banjo-Kazooie” ilə bağlı deyil və “Microsoft”un daxili studiyası tərəfindən hazırlanmır, lakin “Xbox” mülkiyyətinə (IP) məxsusdur.

“Gamescom Opening Night Live” avqustun 25-də baş tutacaq, avqustun 26 və 27-də isə “Microsoft” “Xbox” üçün xüsusi yayımlar keçirəcək. Məhz bu tədbirlər zamanı gözlənilən sürpriz haqqında daha ətraflı məlumat verilə bilər.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın