“jL” “ESL Pro League Season 24″də “Team Vitality”nin ehtiyat oyunçusu olacaq

0 comments

Britaniyalı kiberidman aparıcısı Ceyms “BanKs” Benks “Team Vitality“nin “Counter-Strike 2” üzrə “ESL Pro League Season 24″ turnirindəki planlarını açıqlayıb. Məlumata görə, əsas heyətlə yanaşı Yustinas “jL” Lekaviçyus da Katovitseyə yollanacaq və təcili ehtiyac yaranarsa, stend-in kimi komandaya kömək edəcək.

Ehtiyat oyunçuya ehtiyac komandanın kapitanı Den “apEX” Madeskler ilə bağlıdır. Tezliklə kiberidmançının övladı dünyaya gələcək. Həyat yoldaşında doğum sancıları başlayan kimi fransalı kapitan matçın gedişatından asılı olmayaraq dərhal turniri tərk edib ailəsinin yanına yola düşəcək. Bu halda “jL” dərhal əsas heyətdə apEX-i əvəzləyərək oyunlara qoşulacaq.

“apEX-in həyat yoldaşının doğum prosesi başlayan kimi — matçın davam edib-etməməsindən asılı olmayaraq — apEX dərhal təyyarəyə bilet alıb uçacaq, bu dəqiqdir. jL isə onu əvəz etməyə tam hazır olacaq.”Ceyms “BanKs” Benks

Bu, litvalı oyunçunun 2026-cı ildə “Vitality” ilə ilk belə təcrübəsi deyil. Avqust ayında “jL” “BLAST Open Porto” yarışında övladı dünyaya gələn Uilyam “mezii” Merrimanı əvəz etmiş və komanda ilə birlikdə yarımfinala (3–4-cü yer) qədər yüksəlmişdi.

Bundan əlavə, “jL” 24–31 oktyabr 2026-cı il tarixlərində keçiriləcək “PGL Masters Bucharest 2026” turniri üçün də “Vitality”nin rəsmi əvəzedici oyunçusu kimi qeydiyyatdan keçib. Buxarestdə o, ailəvi səbəblərdən məzuniyyətə çıxacaq apEX-i əvəz edəcək.

“ESL Pro League Season 24” 3–11 oktyabr 2026-cı il tarixlərində Polşanın Katovitse şəhərində keçiriləcək. 1,000,000 dollar mükafat fondu olan turnirdə 16 komanda mübarizə aparacaq. Qrup mərhələsi İsveçrə sistemi ilə oynanılacaq, ən yaxşı 8 komanda isə “Spodek” arenasındakı pley-off mərhələsinə vəsiqə qazanacaq.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın