Barselonada başa çatan “StarLadder StarSeries Fall 2026” turnirindən sonra “HLTV” portalı yarışın ən dəyərli oyunçularını (MVP və EVP) müəyyənləşdirib.
“Vitality”nin fransalı snayperi Matye “ZywOo” Erbo gözlənildiyi kimi turnirin rəsmi MVP medalına layiq görülüb. Mövsümün birinci hissəsində 4 dəfə ən yaxşı oyunçu seçilən ulduz, komandasının formasında yaşanan geriləməyə görə bir müddət fasilə verməli olmuşdu. Lakin Barselonada ZywOo özünün ən yaxşı formasına qayıdaraq “Vitality”ni növbəti kuboka daşıyıb. O, turniri təsirli 1.50 reytinq, qazanılmış raundlarda 1.24 öldürmə (KPRW) və +6.13% Round Swing göstəriciləri ilə başa vurub.

Fransalı oyunçu böyük finalın əvvəlində, “Cache” xəritəsinin “Mid” mövqeyində “AK-47” ilə aqressiv oyunu sayəsində MVP yarışındakı suallara tamamilə son qoyub. Qələbədən sonra ZywOo mövsümün ikinci yarısında heç olmasa bir MVP medalı qazanmağı çox istədiyini, çünki bunun özünəinamı qaytardığını və kuboklar qazanmağa kömək etdiyini etiraf edib.
EVP (Xüsusilə Dəyərli Oyunçular) siyahısı
- KSCERATO (FURIA): Daniil “molodoy” Qolubenkonun gözündəki səhhət problemləri səbəbindən “FURIA”nın əsas fraqeri rolunu Kayke “KSCERATO” Serato öz üzərinə götürüb. Komandasının finala çıxa bilməməsinə baxmayaraq, braziliyalı oyunçu ardıcıl 4-cü turnirdə 1.20-dən yüksək reytinq göstərərək inanılmaz sabitlik nümayiş etdirib. O, turniri 1.26 reytinq və 89.9 ADR ilə finişləyib.

- Jimpphat (Aurora): MVP uğrunda mübarizədə ZywOo-nun yeganə real rəqibi “Aurora” komandasından Cimi “Jimpphat” Salo ola bilərdi. Uğursuz finala baxmayaraq, həlledici mərhələyə qədər finlandiyalı dayaq oyunçusu qazanılan xəritələrdə 1.41 reytinq toplayaraq dayandırılmaz idi. Bu, onun “IEM Rio 2024″dən bəri ilk EVP medalıdır.

- ropz (Vitality): “Vitality”nin zəfərində vacib töhfələrdən birini də komandanın etibarlı ikinci silahı olan Robin “ropz” Kool verib. Uzun sürən durğunluqdan sonra estoniyalı rifler ilin birinci yarısındakı formasına qayıdaraq qazanılan matçlarda 0.98 KPRW və 1.28 reytinq toplayıb. Onun “FURIA”ya qarşı “Cache” xəritəsindəki inamlı oyunu komandanın ritmini müəyyənləşdirib.
