“ESL” təşkilatçıları “CS2” üzrə “IEM Cologne 2027” turnirini rəsmən elan ediblər. Yarış 4–15 avqust 2027-ci il tarixlərində keçiriləcək. Həlledici qarşılaşmaların baş tutacağı “LANXESS Arena” 360° formatlı səhnə ilə təchiz olunacaq ki, bu da arena daxilində daha çox azarkeşi qəbul etməyə imkan verəcək.
Pley-off mərhələsində əvvəlki kimi 6 deyil, 8 komanda çempionluq uğrunda mübarizə aparacaq. Yarışın həlledici mərhələsi də uzadılaraq əvvəlki 3 gün əvəzinə dörd gün — cümə axşamından bazar gününədək davam edəcək. Turnirin ümumi mükafat fondu isə 1 250 000 dollar təşkil edəcək.