“League of Legends” üzrə dünya çempionatı — “Worlds 2026“da mübarizə aparacaq bütün 19 komandanın adı müəyyənləşib. Sonuncu vəsiqəni “CBLOL 2026 Split 2” turnirinin aşağı torunun finalında “LOUD” kollektivini 3:0 hesabı ilə darmadağın edən “FURIA” komandası qazanıb.
“Worlds 2026” turnirinin bütün iştirakçıları:
LCK — Cənubi Koreya:
- “Gen.G”
- “Hanwha Life Esports”
- “T1”
- “Dplus KIA”
LPL — Çin:
- “Anyone’s Legend”
- “Bilibili Gaming”
- “Top Esports”
- “Invictus Gaming”
LEC — Avropa:
- “G2 Esports”
- “Movistar KOI”
- “Karmine Corp”
LCS — Şimali Amerika:
- “Team Liquid”
- “Cloud9”
- “LYON”
LCP — Asiya-Sakit Okean:
- “Team Secret Whales”
- “CTBC Flying Oyster”
- “MVK Esports”
CBLOL — Braziliya:
- “LOS”
- “FURIA”
“Play-In” mərhələsi və turnirin keçirilmə tarixi
“Play-In” mərhələsində dörd komanda mübarizə aparacaq: LEC, LCS və LCP regionlarının üçüncü təmsilçiləri, həmçinin CBLOL-un ikinci komandası. Hazırda bu mərhələdə iştirakını rəsmən təmin edən kollektivlər “Karmine Corp” və “MVK Esports”dur. Digər iki iştirakçı isə LCS yarışlarının yekunlaşmasından və CBLOL finalından sonra müəyyənləşəcək.
Komandalar “Best-of-5” formatında “Double-Elimination” (iki məğlubiyyətdən sonra kənarlaşma) sistemi ilə qarşılaşacaqlar. Yalnız “Play-In” mərhələsinin qalibi 15 komandanın artıq gözlədiyi İsveçrə sistemli (Swiss Stage) mərhələyə vəsiqə qazanacaq.
“Worlds 2026” turniri 15 oktyabr – 14 noyabr tarixlərində ABŞ-da baş tutacaq. “Play-In” mərhələsi 15–18 oktyabr tarixlərində keçiriləcək, İsveçrə sistemli mərhələ isə oktyabrın 23-də start götürəcək.