“New Esports Org” (NEO) şirkəti 2027-ci ildə Fransada təşkil olunacaq “Evo” açıq turnirlər seriyasının rəsmi təşkilatçısı qismində çıxış edəcək. Bu barədə anons NEO-nun “RTS” ilə tərəfdaşlıq çərçivəsində təşkil etdiyi “Evo France 2026” başa çatdıqdan dərhal sonra verilib.
“Evo France 2027” 22–24 oktyabr 2027-ci il tarixlərində Paris şəhərində baş tutacaq. Mötəbər kiberidman tədbirinə ev sahibliyi edəcək arena hələlik açıqlanmayıb.
Bu, Fransa üçün “Evo” seriyasının artıq üçüncü turniri olacaq. Xatırladaq ki, ölkədəki əvvəlki iki çempionat 2025 və 2026-cı illərdə Nitssa şəhərində keçirilmişdi.