Yeni mövsümün ilk sınağı: Maltada BLAST SLAM VIII finalı necə keçdi? 

0 comments

The International turnirindən sonra yeni mövsümün başlaması çoxsaylı transferlər, komandaların heyətində daxili dəyişikliklər və yeni çağırışlara hazırlaşması ilə yadda qalıb.

Qrup qalibləri sıralama matçlarında iştirak ediblər, ikinci yeri tutan komandalar last chance-da mübarizə aparıblar. Əsas sürpriz heyətində Topson və SumaiL kimi veteran oyunçuların yer aldığı LGD Gaming olub. LGD pley-off mərhələsinə yüksəlib və elə ilk gündə Team Yandex-i üç xəritə oynamağa məcbur edib (2:1 Team Yandex-in xeyrinə). Komanda turniri 5–6-cı pillədə başa vurub. Eyni pilləni Aurora Gaming və Parivision komandalarına məğlub olan 1w Team də bölüşüb.

Yeni transferi skiter ilə Aurora yuxarı torun yarımfinalına qədər irəliləyib, lakin Team Spirit tərəfindən dayandırılıb. Aşağı torda isə PARIVISION-a 0:2 hesabı ilə məğlub olub. Komanda dördüncü yeri tutsa da, böyük potensiala malik olduğunu göstərib. PARIVISION isə öz növbəsində finala vəsiqə uğrunda görüşdə Team Spirit-ə məğlub olaraq turniri fəxri üçüncü yerdə başa vurub.

Ən böyük məyusluğu BetBoom Team və Natus Vincere yaşadıb. Hələ bir müddət əvvəl PGL Wallachia turnirinin finalçısı olan NAVI heç bir seriyada qələbə qazana bilməyərək sonuncu yerdə qalıb. BetBoom isə heyətdəki dəyişikliklərdən sonra hətta pley-in mərhələsinə də yüksələ bilməyib.

Final 1xbet rəylər kimi təsirli alınıb. Tamaşaçıların görmək istədiyi məhz belə bir qarşılaşma idi: The International turnirinin son çempionu Team Spirit Team Yandex-ə qarşı. Bu, komandaların turnirdə üçüncü görüşü olub. İlk qarşılaşmada, sıralama matçında Team Spirit qalib gəlib, ikinci görüş isə yuxarı torun finalında Team Yandex-in qələbəsi ilə başa çatıb. Team Yandex-in inamlı qələbəsindən sonra 1xBet mütəxəssislər finaldakı rəqibin kim olacağını gözləmədən məhz bu komandanı favorit adlandırıblar.

Team Spirit qrand-finala çətin yoldan keçərək yüksəlib. Yeni oyunçu Bohdan “Batyuk” Batiukun psixoloji dayanıqlığı və məşqçi vəzifəsində İlya “Illidan” Pivcaev təcrübəsi Maqomed “Collapse” Khalilov və Yaroslav “Miposhka” Naidenovun gedişindən sonra komandanın sabitliyini qoruyub saxlamaq üçün kifayət edib.

1xBet Azərbaycan analitiklərinin proqnozlarına görə, bizi ən azı üç həyəcanlı xəritə gözləyirdi. Finalın ilk xəritəsi “əjdahalar”ın üstünlüyü ilə keçib. İlya “Yatoro” Mulyarçukun Techies və Ursa kombinasiyası oyunun orta mərhələsində öz bəhrəsini verib və 40 dəqiqədən sonra Spirit 1:0 hesabı ilə önə keçib. Lakin bundan sonra Team Yandex bütün gücünü ortaya qoyaraq ardıcıl üç xəritədə qələbə qazanıb. İkinci xəritədə Kez qəhrəmanı ilə oynayan Alimzhan “watson” İslambekov Amer “Miracle-” Al-Barkawı ən yaxşı ənənələrinə sadiq qalaraq, sağ qalmaq şansının olmadığı görünən vəziyyətlərdən belə xilas olmağı bacarıb. 

Üçüncü xəritə İlya “CHIRA_JUNIOR” Chirtsovun idarə etdiyi Pangolier-in üstünlüyü ilə keçib. Bu qəhrəman faktiki olaraq həm tank, həm döyüşlərin təşəbbüskarı, həm də “əjdahalar”ın əsas başağrısına çevrilib. Dördüncü xəritə təxminən bir saat davam edib. Team Spirit müdafiə və buybacks hesabına müqavimət göstərərək daha bir komanda döyüşündə qalib gəlməyə və seriyanı beşinci xəritəyə daşımağa çalışıb. Lakin təkcə buybacks kifayət etməyib. Nəticədə Team Yandex 3:1 hesabı ilə qalib gələrək 270000$ və PGL Wallachia-dan sonra mövsümün ikinci titulunu qazanıb.

BLAST SLAM VIII göstərib ki, yeni mövsüm gərgin mübarizə ilə yadda qalacaq. Bəzi komandalar öz statuslarını təsdiqləyib, digərləri yay transferlərindən sonra öz oyun üslubunu tapıb, üçüncü qrup komandaların isə üzərində işləməli olduğu məqamlar var. Maltadakı turnir həm sürprizlər, həm möhtəşəm geri dönüşlər, həm də hər şeyin əzmkarlıq və dördüncü xəritənin 55-ci dəqiqəsində verilən bir yanlış qərarla həll olunduğu finalla yadda qalıb.

İstirahət etməyə demək olar ki, vaxt yoxdur: artıq noyabrın 20-də mükafat fondu 250000$ olan PARI Universe turniri başlayacaq. Burada bir çox komanda revanş almaq şansı qazanacaq, digərləri isə təkcə qalib gəlməyi deyil, bütün mövsüm ərzində yüksək səviyyəni qoruyub saxlamağı bacardıqlarını sübut etməyə çalışacaqlar.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın