Dota 2 Üzrə “The International 2026” Turnirinin İlk Cütlükləri Məlum Oldu

0 comments

Dota 2 intizamı üzrə ilin əsas turniri olan The International 2026 yarışının ilk matçlarının cütlükləri bəlli olub. Çinin Şanxay şəhərində yerləşən “Oriental Sports Center” arenasında keçiriləcək turnirdə dünyanın 16 ən güclü komandası 13 avqust tarixindən etibarən mübarizəyə başlayacaq.

Turnirin Formatı Və Mükafat Fondu

Qrup mərhələsi avqustun 13-də İsveçrə sistemi üzrə start götürəcək və bütün matçlar Bo3 (2 qələbəyədək) formatında oynanılacaq:

  • İsveçrə sistemində ilk 3 yeri tutan komanda birbaşa pley-offa vəsiqə qazanacaq;
  • 4-cü ildən 13-cü yerədək olan kollektivlər əlavə kənarlaşdırma raundunda oynayacaqlar;
  • Qalan komandalar isə mübarizəni dayandıracaqlar.

Turnirin ümumi mükafat fondu hazırda 2.78 milyon dollardan çoxdur (bu məbləğ azarkeş dəstlərinin və oyun daxili satışların hesabına final mərhələsinədək daha da arta bilər).

8 komandanın iştirak edəcəyi əsas pley-off mərhələsi Double-elimination sistemi ilə 20 avqust tarixində başlayacaq. Çempionun adını müəyyənləşdirəcək böyük final matçı isə 23 avqust tarixində Bo5 (3 qələbəyədək) formatında keçiriləcək.

The International 2026
The International 2026
The International 2026
The International 2026

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın