“Dota 2” ulduzu “23savage” məşq zamanı qandallandı: Polis kiberidmançıdan bacarığını oyunda sübut etməyi tələb etdi

0 comments

“Xipto Esports” komandasının kiberidmançısı Nınqnara “23savage” Tiramanon Malayziya polisinin kollektivin məşq bazasına (butkempinə) qəfil reyd keçirdiyini açıqlayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları oyunçuların pasportlarını və telefonlarını müsadirə edib, interneti və kompüterləri söndürüblər. “23savage”, həmçinin komanda yoldaşları “Fbz” və “Oli” qandallanaraq iki saat ərzində dindiriliblər.

Detektivlərin şübhəsi və “Kez” ilə 32 kill

Kiberidmançının sözlərinə görə, detektivlər onların məşğuliyyəti ilə maraqlanıb və onların həqiqətən peşəkar oyunçu olduqlarına inanmayıblar. Lakin polislərdən birinin “Dota 2” və “Fnatic” komandası barədə məlumatlı olması, həmçinin “23savage”in rəsmi “Instagram” hesabını göstərməsi vəziyyəti dəyişib.

Nəticədə asayiş keşikçiləri oyunçunun qandallarını açaraq ondan peşəkarlığını canlı nümayiş etdirməsini istəyiblər. “23savage” oyuna daxil olaraq yeni qəhrəman “Kez” ilə keçirdiyi matçı 32 kill ilə başa vurub. Yalnız bundan sonra polislər onun statusuna inanaraq oynamağa davam etməsinə icazə veriblər.

Hadisə bununla da yekunlaşmayıb: oyunçunun sözlərinə görə, polis əməkdaşları axtarış zamanı ona məxsus iki banka “Nutella”nı da yeyiblər. Yaşanan bu qəribə və gözlənilməz insidentə baxmayaraq, “23savage” baş verənləri maraqlı bir həyat təcrübəsi kimi xarakterizə edib.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın