NAVI məğlub etmədən yarımfinala çıxdı – BLAST Premier Fall Final 2024

by Elnur Qəhrəmanov
0 comments

Ukraynanın Natus Vincere (NAVI) komandası BLAST Premier Fall Final 2024 turnirinin qrup mərhələsində Avropanın G2 kollektivini məğlub edərək yarımfinala yüksəlib.

Görüş 2:0 hesabı ilə başa çatıb.

Sentyabrın 25-də hər iki komanda qələbə qazandığından, bu oyunun nəticəsi yarımfinala birbaşa vəsiqə uğrunda mübarizənin həll edici mərhələsi olub.

İlk döyüş Dust2 xəritəsində keçirilib, hansı ki, G2 tərəfindən seçilib. “Doğulan qalib”lər ilk hissədə 4:8 hesabı ilə geri qalıblar. Lakin tərəflər dəyişdikdən sonra NAVI təşəbbüsü tamamilə ələ keçirərək, rəqibin seçdiyi xəritədə 13:9 hesabı ilə qələbə qazanıb.

İkinci oyun Ancient xəritəsində olub. NAVI ilk yeddi raundu qazandı və bu üstünlük sonadək davam edərək, matçı 13:8 hesabı ilə yekunlaşdırıb. Rəqib “samuraylar” oyunun sonlarında geri dönməyə çalışsalar da, nəticə dəyişməyib.

Qeyd edək ki, bu, NAVI-nin G2 üzərindəki 9-cu qələbəsidir. Komandalar sonuncu dəfə 5 gün əvvəl ESL Pro League Season 20 turnirində qarşılaşıblar.

Turnir haqqında:

  • BLAST Premier Fall Final 2024, Danimarka.
  • Mükafat fondu – 425 min dollar.
  • Üst meshq finalı, 26 sentyabr.
  • Natus Vincere (Ukrayna) – G2 (Avropa) 2:0 (13:9 Dust2, 13:8 Ancient).

Turnirin ümumi mükafat fondu 425,000 dollardır, qalib komanda isə 200,000 dollar və BLAST Premier World Final 2024-ə birbaşa vəsiqə qazanacaq.

Natus Vincere heyətində iki ukraynalı, bir litvalı, bir rumın və bir fin oyunçu yer alır:

  • Valeriy “b1t” Vaxovskiy (Ukrayna);
  • Yustinas “jL” Lekaviçius (Litva);
  • Aleksi “Aleksib” Virolaynen (Finlandiya);
  • Mixay “iM” İvan (Rumıniya);
  • İqor “w0nderful” Jdanov (Ukrayna);
  • Baş məşqçi: Andrey “B1ad3” Qorodenskiy (Ukrayna).

NAVI, həmçinin bir müddət əvvəl Maltada keçirilmiş ESL Pro League Season 20 turnirində çempion olub və HLTV reytinqində liderliyə yüksəlib.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın