HLTV.org Counter-Strike 2 üzrə ən yaxşı komandaların reytinqini yeniləyib. Son beynəlxalq turnir olan BLAST Premier: World Final 2024-də 7-8-ci yerlə kifayətlənməsinə baxmayaraq, Natus Vincere (NAVI) hələ də reytinqin lideridir.
BLAST Premier: World Final 2024 turnirinin qalibi olan G2 Esports ikinci sırada mövqeyini qoruyub. Finalda İlya m0NESY Osipovun komandasına uduzan Team Spirit isə bir pillə irəliləyərək MOUZ-u keçib və dördüncü yerə yüksəlib.
Ötən həftə həmçinin Thunderpick World Championship 2024 turniri başa çatıb. Finalda Heroic komandasını 3:1 hesabı ilə məğlub edən The Mongolz çempion olub. HLTV.org reytinqində Heroic səkkizinci sırada qalıb, The Mongolz isə iki pillə irəliləyərək 11-ci yerə yüksəlib.