PUBG Global Championship 2024 üçün Pick’em Challenge elan olundu

by Elnur Qəhrəmanov
0 comments

PUBG: BATTLEGROUNDS oyunçuları üçün PUBG Global Championship 2024 çempionatına həsr olunmuş Pick’em Challenge elan edilib.

Pick’em Challenge Təfərrüatları

PUBG Studios oyunda kibersport panelini yenidən açaraq istifadəçilərə PGC 2024 seriyasından xüsusi mükafatları təqdim edir. Qazanılan kibersport xalları ilə aşağıdakı mükafatları əldə etmək mümkündür:

  • PGC 2024 Jammer Paketi
  • PGC 2024 Excellence Konservası
  • PGC 2024 Pan (Tava)
  • PGC 2024 JS9
  • PGC 2024 3-cü səviyyəli dəbilqə
  • PGC 2024 Paraşüt
  • PGC 2024 Charm
  • PGC 2024 Logo (Simvol)
  • PGC 2024 Banner (Sprey)

Səsvermə və Mükafatlar

Pick’em Challenge çərçivəsində azarkeşlər turnirin qalibi olacağını düşündükləri komanda üçün səs verəcəklər. Doğru komandanı seçənlər 300,000 EP qazanaraq bu xalları kibersport mağazasında istifadə edə biləcəklər. Səsvermə 13 noyabrda başlayacaq və 21 dekabrda başa çatacaq, mükafatlar isə 23-30 dekabr arasında toplanacaq.

PGC 2024 Skingləri və Satış Tarixləri

PGC 2024 üçün xüsusi skinlər 13 noyabrdan 21 dekabr tarixinədək satışda olacaq və satış gəlirlərinin 25%-i turnirdə iştirak edən komandalara veriləcək. Mağazada təqdim olunacaq paketlər bunlardır:

  • PGC 2024 MEGA PAKETİ (+1 Səsvermə Kuponu, +100,000 EP)
  • PGC 2024 DƏST 1 (+1 Səsvermə Kuponu)
  • PGC 2024 DƏST 2 (+1 Səsvermə Kuponu)
  • PGC 2024 SİLAH DƏSTİ (+1 Səsvermə Kuponu, +100,000 EP)
  • PGC 2024 M416 (+1 Səsvermə Kuponu)
  • PGC 2024 Dragunov (+1 Səsvermə Kuponu)
  • PGC 2024 EMOTE (+1 Səsvermə Kuponu)

Turnir Təfərrüatları

PUBG Global Championship 2024, 9-22 dekabr tarixləri arasında Malayziyanın Kuala-Lumpur şəhərindəki Tropicana Gardens Mall Convention Center-də keçiriləcək. Tədbirin ilkin mükafat fondu 1,5 milyon ABŞ dolları olaraq təyin edilib, bu məbləğ Pick’em Challenge vasitəsilə toplanan əlavə vəsaitlərlə artacaq. Tədbirin formatı ilə bağlı təfərrüatlar xəbərlərimizdə mövcuddur.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın