24
PGL Wallachia Season 3 üzrə Dota 2 turnirinin təşkilatçıları çempionata dəvət alan komandaların siyahısını təqdim etdilər. Rəsmi açıqlama turnir operatorunun sosial media hesablarında yayımlandı.
Dəvət olunan komandalar:
- Team Spirit
- Team Liquid
- Gaimin Gladiators
- Xtreme Gaming
- Aurora Gaming
- Team Falcons
- Heroic
- Tundra Esports
Turnirin əsas mərhələsində regional kvotaların bölgüsü də elan edilib. Qərbi və Şərqi Avropa hər biri iki slot, Şimali Amerika, Cənubi Amerika, Çin və Cənub-Şərqi Asiya hərəsi bir slot əldə edəcək.
PGL Wallachia Season 3 turniri 8-16 mart tarixlərində Rumıniyanın Buxarest şəhərində keçiriləcək. 16 komanda 1 milyon dollar məbləğində mükafat fondu uğrunda mübarizə aparacaq.