6
FISSURE PLAYGROUND Belgrade 2025-in pley-off mərhələsində aşağı setkada keçirilən qarşılaşmada Team Spirit, PARIVISION-a məğlub olaraq turnirlə vidalaşıb.
İki xəritəlik qarşılaşma 0:2 hesabı ilə başa çatıb və “əjdahalar” dördüncü yeri tutaraq 75 000 dollar qazanc əldə edib. Komanda qrup mərhələsi və pley-offda inamlı çıxış etsə də, daha irəliləyə bilməyib.
PARIVISION növbəti mərhələdə Team Falcons-la üz-üzə gələcək. Qarşılaşma 2 fevral saat 15:00-da (Moskva vaxtı) baş tutacaq və qalib komanda turnirin böyük finalına yüksələcək.
Team Spirit-in heyəti (Dota 2):
- İlya Yatoro Mulyarçuk
- Denis larl Siqitov
- Maqomed Collapse Xalilov
- Aleksandr rue Filin
- Yaroslav Miposhka Naydyonov
PARIVISION-un heyəti (Dota 2):
- Alan Satanic Qallyamov
- Vladimir No[o]ne Minenko
- Dmitri DM Doroxin
- Edgar 9Class Naltakyan
- Andrey Dukalis Kuropatkin
FISSURE PLAYGROUND Belgrade 2025 24 yanvar – 2 fevral tarixlərində Serbiyada keçirilir. Turnirdə 16 komanda mübarizə aparır və ümumi mükafat fondu 1 milyon dollar təşkil edir.