Overwatch 2 üçün Böyük PvP Dəyişiklikləri Gözlənilir

by Nigar Məmmədova
0 comments

Blizzard Entertainment, Overwatch 2 üçün əsas oyun rejimlərinə təsir edəcək böyük dəyişikliklər üzərində işlədiyini açıqlayıb. Bu barədə məlumat oyunun rəsmi saytında paylaşılıb.

Hazırda Blizzard yeniləmələrin konkret nələri əhatə edəcəyini açıqlamayıb. Yalnız məlumdur ki, dəyişikliklər PvP rejiminə təsir edəcək və onları “proryv” xarakterli” adlandırıblar. Oyunçuların yeniliklərlə bağlı daha ətraflı məlumat alacağı rəsmi təqdimat 12 fevral tarixində baş tutacaq. Bundan əlavə, Blizzard yeni qəhrəmanlar, xəritələr və digər məzmunları da oyunçulara təqdim edəcək.

Bəzi oyunçular Overwatch 2-nin yenidən 6v6 formatına qayıda biləcəyini düşünürlər. Əgər bu baş verərsə, o zaman 5v5 modelindən tamamilə imtina edilə bilər. Lakin bu ehtimal oyun icmasında mübahisələrə səbəb olub. Bəzi fanatlar bu qərarı müsbət dəyərləndirsə də, digərləri Marvel Rivals-ın uğuruna görə Blizzard-ın belə addım ata biləcəyini ehtimal edirlər. Digər tərəfdən, ilk Overwatch-un formatına qayıdış oyunun davamı olan Overwatch 2-nin dəyərini azalda bilər fikri də səsləndirilib.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın