“Fortnite” və “Overwatch” dünyaları birləşir: “Epic Games”dən möhtəşəm krossover anonsu

by Nigar Məmmədova
0 comments

“Epic Games” şirkəti “Fortnite” və “Blizzard Entertainment”in populyar şuteri “Overwatch” arasında gözlənilən böyük krossoveri rəsmən elan etdi. Uzun müddətdir şayiələri gəzən bu əməkdaşlıq artıq may ayında oyunçuların ixtiyarına veriləcək.

Mayın 12-də “Fortnite”ın rəsmi “X” səhifəsində 2-ci mövsümün 7-ci fəslinin 3-cü aktına həsr olunmuş tizer paylaşılıb. Paylaşımda yer alan “III Akta qəhrəmanlar lazımdır” və “Çağırışa cavab verin” ifadələri “Overwatch” kainatına birbaşa işarədir. Qəhrəmanlar haqqındakı ifadə Treyserin məşhur “Dünyaya həmişə daha çox qəhrəman lazımdır” replikasına, çağırış isə Vinstonun franşizanın sinematik videolarındakı müraciətlərinə istinad edir.

Vizual tizerə əsasən, təsdiqlənmiş ilk personaj D.Va olub. Siluetdən görünür ki, qəhrəman oyuna özünün məşhur mexanik robotu olmadan daxil olacaq. Hələ 2025-ci ildə bu əməkdaşlıq barədə məlumat sızdıran nüfuzlu insayder “HYPEX”in bildirdiyinə görə, krossoverə aşağıdakı personajların da daxil edilməsi gözlənilir:

  • Mercy
  • Genji
  • Tracer

“Overwatch” x “Fortnite” kolaborasiyasının buraxılışı 14 may tarixinə planlaşdırılıb.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın